SON DƏQİQƏ

Meksika Birləşmiş Ştatlarının fövqəladə və səlahiyyətli səfiri Xuan Rodrigo Labardini Flores tərəfindən rəssamların şərəfinə gecə keçirilib- FOTO

Tarix:29-08-2022, 08:14

26 Avqust Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı Fövqaladə və Səlahiyyətli Səfiri cənab Xuan Rodrigo Labardini Flores  tərəfindən bir ilk olaraq Layihə rəhbəri,  təşkilatçısı Elnurə və Aygün İsgəndərovaların olduqları İki ölkə arasında  mədəniyyətlərin inkişafına   töhfə olaraq   sərgilərin yüksək səviyyədə həyata keçirildiyi üçün təşəkkür əlaməti olaraq layihələrdə iştirak edən rəssamların şərəfinə kokteyl təşkil olundu. Kokteyldə 80-ə yaxın  rəssam və media nümayəndələri  iştirak edirdi.  Cənab səfir öncə rəssamları və qonaqları salamladı .  Azərbaycan və Meksika arasında yüksək dostluq , qardaşlıq münasibətlərindən danışdı. Xüsusilə iki ölkə arasında  mədəniyyətlərin inkişafında xüsusi rolu olan Layihə rəhbəri və təşkilatçı Elnurə və Aygün İsgəndərovalara , rəssamlara dərin təşəkkürünü bildirdi. Yeni uğurlu layihələrə imza atacaqlarını bildirdi.  Çıxışında Elnurə İsgəndərova Cənab səfirə xüsusi diqqət üçün təşəkkür edib və rəssamlarla sərgilərə həvəslə çalışdıqlarını , hər uğurun qarşısında böyük zəhmət olduğunu bildirdi. Könüllü Vətənpərvər Rəssam Qrupu olaraq 15 ildir həvəslə xidmət edirik və bununla qürur duyuruq. Məqsədimiz Azərbaycanımızın bütün ölkələrlə dostluq və  mədəni   əlaqələrinə dəstək verməkdir. Xalq rəssamı , professor Arif Hüseynov , Mədəniyyət Nazirliyinin əməkdaşı Lalə Azəri , Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi İB sədri Nadir İsmayılov , Atəş.az saytının rəhbəri Rada Abbas , APA TV-nin müxbiri  Mir Çingiz Ağazadə , İnkişaf TV nin rəhbəri  Nahid Babayev rəssamlara uğurlar arzuladılar.  Qonaqlar Meksika mətbəxinin təamlarını daddılar . Azərbaycanın tanınmış kaman ustası Şəhriyar Musayev möhtəşəm ifasında musiqilər səsləndi. 
Xüsusi müxbir : Aygün Oqtay
Fotoqraf: Ramin Qurbanov

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ