SON DƏQİQƏ

Azərbaycan nümayəndə heyəti Beynəlxalq Muzeylər Şurasının 26-cı Baş Konfransında iştirak edir

Tarix:29-08-2022, 08:21

Avqustun 20-də Çexiyanın paytaxtı Praqa şəhərində  Beynəlxalq Muzeylər Şurasının (ICOM) 26-cı Baş Konfransı öz işinə başlayıb. 


Bu mötəbər tədbirdə ölkəmizi ICOM Azərbaycan Milli Komitəsi böyük nümayəndə heyəti ilə təmsil edir.
“Muzeylərin gücü” devizi altında keçirilən baş konfransın birinci günündə ICOM Azərbaycan Milli Komitəsinin sədri, Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova milli komitənin üç illik fəaliyyəti barədə hesabatı təqdim edib. O, həmçinin ICOM-un Etnoqrafiya muzeyləri və kolleksiyaları üzrə Beynəlxalq Komitəsinin konfransında “İnklüziv muzey” mövzusunda çıxış edib.
Şirin xanım üçillik hesabatda 2019-2021-ci illərdə ICOM Azərbaycan Milli Komitəsinin təşkilatçılığı ilə ölkəmizin muzey həyatında baş verən yeniliklər, təşkil olunan tədbirlər, beynəlxalq konfranslar, 2020-2021-ci illərdə karantin dövründə muzeylərin onlayn fəaliyyəti, virtual tur layihələrinin hazırlanması, 44 günlük Vətən müharibəsi zamanı aparılan təşviqat kampaniyaları haqqında ətraflı məlumat verib.
“İnklüziv muzey” mövzusunda çıxışında isə Azərbaycan Milli Xalça Muzeyinin ölkəmizin ilk inklüziv muzeyi kimi zəngin təcrübəsi, bu sahədə tətbiq olunan yeniliklər, reallaşdırılan layihələr barədə danışıb. Rəhbərlik etdiyi müəssisənin inklüziv fəaliyyətinin xarici muzey və təşkilatlar tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.
Milli Komitənin sədrinin çıxışları konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Onlar Azərbaycan Milli Xalça Muzeyinin nəfis çap məhsullarını da yüksək qiymətləndiriblər. 
Qeyd edək ki, Şirin xanımın növbəti çıxışı ICOM-un Fəlakət risklərinin idarə olunması üzrə Beynəlxalq Komitənin konfransında “Qarabağın timsalında müharibə və hərbi münaqişələr dövründə mədəni-tarixi abidələrin və muzeylərin dağıdılması” mövzusunda olacaq. 
Bununla yanaşı, Ş.Məlikova INTERCOM və CIMAM-ın birgə sessiyasına qatılaraq, bir sıra ölkələrdən olan mütəxəssislərlə muzey idarəetməsi sahəsində mövcud vəziyyət və problemlər ətrafında fikir mübadiləsi aparacaqlar. 
Beynəlxalq Muzeylər Şurasının (ICOM) 26-cı Baş Konfransı avqustun 28-də öz işini yekunlaşdıracaq.
Qeyd edək ki, 1948-ci ildən etibarən hər üç ildən bir keçirilən bu konfrans beynəlxalq muzey ictimaiyyətini əhəmiyyətli bir mövzu ətrafında fikir mübadiləsi aparmaq uçün toplayır və beynəlxalq əməkdaşlığın genişləndirilməsi məqsədi daşıyır.

Делегация Азербайджана принимает участие в XXVI Генеральной конференции Международного совета музеев (ИКОМ)

 
20 августа в столице Чехии – Праге начала свою работу XXVI Генеральная конференция Международного совета музеев (ИКОМ).
На этом престижном мероприятии нашу страну представляет обширная делегация Национального комитета ИКОМ Азербайджана.
В первый день генеральной конференции, прошедшей под девизом «Сила музеев», председатель Национального комитета ИКОМ Азербайджана, директор Азербайджанского национального музея ковра Ширин Меликова представила отчет о трехлетней деятельности Национального комитета. Она также выступила на тему «Инклюзивный музей» на конференции Международного комитета этнографических музеев и коллекций ИКОМ.
В трехлетнем отчете за 2019-2021 гг. Ш. Меликова рассказала о нововведениях в музейной сфере нашей страны, организованных мероприятиях, международных конференциях, онлайн-деятельности музеев в период карантина в 2020-2021 гг., разработке проектов виртуальных туров, об агитационных кампаниях в период 44-дневной Отечественной войны, организованных Национальным комитетом.
В своем выступлении на тему «Инклюзивный музей» она рассказала о богатом опыте Азербайджанского национального музея ковра как первого инклюзивного музея нашей страны, о применяемых в этой области инновациях и реализованных проектах. В своем выступлении Ш.Меликова отметила, что инклюзивная деятельность возглавляемого ею учреждения высоко оценивается зарубежными музеями и организациями.
Участники Генеральной конференции с большим интересом заслушали выступления председателя Национального комитета Азербайджана, а также высоко оценили издания музея.
Отметим, что следующее выступление Ш.Меликовой – на тему «Разрушение культурно-исторических памятников и музеев во время войны и военных конфликтов на примере Карабаха» – состоится на конференции Международного комитета ИКОМ по управлению рисками в условиях стихийных бедствий.
Наряду с этим Ширин Меликова и специалисты из ряда стран примут участие в совместной сессии INTERCOM  и CIMAM, в ходе которой участники обсудят текущее положение и проблемы в сфере музейного управления.
XXVI Генеральная конференция Международного совета музеев (ИКОМ) завершит свою работу 28 августа.
Следует отметить, что проводимая с 1948 года раз в три года Генеральная конференция собирает международное музейное сообщество для обмена идеями по важной теме и направлена на расширение международного сотрудничества.

Xüsusi müxbir: Aygün Oqtay


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ