SON DƏQİQƏ

Azərbaycan Milli Xalça Muzeyində “Geyimin cazibəsi: Belqrad Etnoqrafiya Muzeyinin sərgisi” açılacaq

Tarix:18-09-2022, 01:05

Sentyabrın 17-dən Azərbaycan Milli Xalça Muzeyində “Geyimin cazibəsi: Belqrad Etnoqrafiya Muzeyinin sərgisi” açılacaq.Azərbaycanla Serbiya arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünə həsr edilmiş sərgidə Belqrad Etnoqrafiya Muzeyinin kolleksiyasından 64 eksponat nümayiş olunacaq. Serb xalqının mədəni irsini, onların keçmiş həyat tərzini özündə ehtiva edən bu nümunələr Balkan yarımadası və Orta Dunay düzənliyi ərazisində istifadə olunan, XIX-XX əsrlərə aid qadın və kişi geyimləridir. Əsasən gödəkcə və jiletlərdən ibarət olan eksponatların zəngin bədii tərtibatı, nəbati motivli rəngarəng naxışları Orta Dunay ərazisində kənd təsərrüfatının inkişafını, torpaqlarının zənginliyini, məhsuldarlığını simvolizə edir. Bunlar naxış elementlərinin, rənglərinin, biçiminin, formasının harmoniyasına görə yüksək zövqlə hazırlanmış, şəhər və kəndlərə məxsus gündəlik, həmçinin bayram geyimləri kimi xarakterizə olunan nümunələrdir.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Serbiya Respublikası Mədəniyyət və Media Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyi və Belqrad Etnoqrafiya Muzeyinin təşkilatçılığı, Serbiyanın ölkəmizdəki səfirliyinin dəstəyi ilə keçirilən sərgi oktyabrın 16-dək davam edəcək.
Sərgi çərçivəsində uşaqlar və böyüklər üçün  serb xalqına aid ənənəvi tikmə naxışlarının tətbiqi ilə “özün rənglə”, fetr üzərində qaytanla sancma və sanama tikmələri üzrə ustad dərsləri keçiriləcək.
Məlumat üçün bildirək ki, Azərbaycan Milli Xalça Muzeyi və Belqrad Etnoqrafiya Muzeyi arasında 2016-cı ildən başlanan qarşılıqlı əməkdaşlıq əlaqələri çərçivəsində bir neçə layihə reallaşdırılıb, sərgilər keçirilib.


В Азербайджанском национальном музее ковра откроется выставка «Очарование одежды: выставка Этнографического музея Белграда».

17 сентября в Азербайджанском национальном музее ковра откроется выставка «Очарование одежды: выставка Этнографического музея Белграда». На выставке, посвященной 25-летию установления дипломатических отношений между Азербайджаном и Сербией, будут представлены 64 экспоната из коллекции Этнографического музея Белграда. Предметы, содержащие культурное наследие сербского народа и его образ жизни в минувшую эпоху, представляют собой женскую и мужскую одежду XIX-XX веков, использовавшуюся на Балканском полуострове и Среднедунайской низменности. Богатое художественное оформление экспонатов, в основном – курток и жилетов, красочные узоры с растительными мотивами символизируют развитие земледелия в Среднем Подунавье, а также богатство и плодородие этой земли. Это образцы городской и сельской повседневной, а также праздничной одежды, выполненной с высоким вкусом благодаря гармонии элементов узора, цвета, фасона и формы.
Выставка, организованная Министерством культуры Азербайджанской Республики, Министерством культуры и СМИ Республики Сербия, Азербайджанским национальным музеем ковра и Этнографический музеем Белграда при поддержке посольства Сербии в нашей стране, продлится до 16 октября.
В рамках выставки будут организованы мастер-классы для взрослых и детей по орнаментам сербских традиционных вышивок – раскраска схем для вышивки, вышивка гайтаном (шнуром) по фетру вприкреп и вышивка крестом.
Отметим, что в рамках сотрудничества, которое началось между Азербайджанским национальным музеем ковра и Этнографическим музеем Белграда в 2016 году, уже реализовано несколько проектов, проведены выставки.


Dress to Impress: Exhibition of the Ethnographic Museum in Belgrade 
opens at the Azerbaijan National Carpet Museum 
 
On Saturday, September 17, the Azerbaijan National Carpet Museum will host the opening of the Dress to Impress: Exhibition of the Ethnographic Museum in Belgrade, dedicated to the 25th anniversary of the establishment of diplomatic relations between Azerbaijan and Serbia. The exhibition features sixty-four traditional costume pieces from the collection of the Ethnographic Museum in Belgrade. These exhibits represent the 19th–20th-century women’s and men’s clothing used on the Balkan Peninsula and the Pannonian Basin and reflects the cultural heritage of the Serbian people and their past lifestyle. The rich artistic design and colorful floral patterns of the exhibits mainly consisting of the vests and jackets symbolize the developed agriculture and fertile land of the Middle-Danube. The garments characterize decorous urban and rural daily and festive clothes designed with harmonious patterns, colors, cut, and shape.
The exhibition is organized by the Ministry of Culture of the Republic of Azerbaijan, the Ministry of Culture and Media of the Republic of Serbia, the Azerbaijan National Carpet Museum, and the Ethnographic Museum in Belgrade with the support of the Embassy of the Republic of Serbia in Azerbaijan. 
The exhibition runs until October 16, 2022.

As part of the exhibition, the ANCM will organize workshops on Serbian traditional embroideries for adults and children. These include coloring schemes for embroidery, embroidery with a gaitan (cord) on felt, and cross-stitch.

Notably, since 2016, the Azerbaijan National Carpet Museum and the Ethnographic Museum in Belgrade have implemented a number of projects and exhibitions.

Xebertime.az
Xüsusi müxbir: Aygün Oqtay


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ