SON DƏQİQƏ

Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin bir sıra müəllim və şagirdləri laureat adına layiq görülüblər

Tarix:20-09-2022, 20:44

“XeberTıme.az” Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin facebook səhifəsinə istinadən bildirir ki, Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində Ukraynadan gələn nümayəndə heyyəti qonaq olub.  Müsabiqənin rəhbərləri Yelena Muxina və müsabiqənin sədri Serbina Lyubov Nikolayevna rəsmi olaraq laureatları və onların müəllimlərini diplom və medallarla təltif etmək üçün Azərbaycana gəliblər. “Sozvezdiye Evropa-Aziya”, “Qış melodiyası" çoxjanrlı beynəlxalq müsabiqədə məktəbin fortepiano şöbəsinin 2 şagirdi müsabiqədə uğurla çıxış edərək laureat adını qazanıblar. Müəllimələrdən Gülbəniz Həsənovanın sinfində təhsil alan 4-cü sinif şagirdi Aydan Əliyeva 1-ci dərəcəli, 3-cü sinif şagirdi İsmayıl Şahbazlı isə 2-ci dərəcəli laureat adına layiq görülüblər. Sonda Ukraynadan gələn nümayəndələrə məktəbin gənc rəsm müəlliməsi Səbinə Həsənzadənin hazırladığı əl işi təqdim olunub.

“XeberTıme.az”


 
 
 
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ