4 oktyabr 2022-ci il tarixində yeni fəaliyyətə başlayan RM ART Studionun açılışı oldu.
Giriş sözü ilə tədbiri açan ARİ- nin üzvü , sərgi tədbir təşkilatçısı Elnurə İsgəndərova Vətən uğrunda canından keçən şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad eməyi bildirdi. Tədbirdə fəxri qonaq kimi iştirak edən Vətən müharibəsi qazilərini salamladı . Dərs məkanının açılmasının yüksək təhsilə doğru daha bir addım olduğunu və illər öncə açılmalı olduğunu qeyd edib sözü ilk olaraq RM ART Studionun direktoru Azərbaycan Rəssamlar İttifaqının üzvü, Azərbaycan Pedaqoji Universitetinin nəzdində Pedaqoji Kollecin və Azərbaycan Rəssamlıq Akademiyasının nəzdində İncəsənət Kollecinin müəllimi, Təhsil Nazirliyi tərəfindən "Qabaqcıl Müəllim" döş nişanı ilə təltif olunmuş Rəsmiyyə Mahmudovaya verdi. Rəsmiyyə xanım açılışa gələn bütün qonaqları salamlayıb , studionun məqsədi 5 yaşdan başlayaraq müxtəlif yaş qruplarından olan insanların sənətlə məşğul olmaları , asudə vaxtlarını ART Terapiya ilə keçirmələri və gəncləri ali təhsil ocaqlarına yetişdirməkdir. Eyni zamanda Rəsmiyyə xanım qazi və şəhid ailələri üçün təmənnasız olaraq qrup halında masterklasların təşkil olunacağını bildirdi. Açılışa gələn Vətən müharibəsi qaziləri adından Qazi Tehran Mahmudov çıxış edərək kollektivə uğurlar arzuladı . Təbriklərə qoşulan ADPU-nun nəzdində ADPK-nin müəllimləri Rəsmiyyə xanımı təbrik edib, işlərində müvəffəqiyyətlər arzuladılar. Çıxış edənlərdən Rəsmiyyə Mahmudovanın həyat yoldaşı Kamran Rəsulov, qardaşı Tural müəllim, anası Əlanə xanım , atası Nəriman müəllim öncə can sağlığı və bu məsuliyyətli işində uğurlar arzuladılar. Sonda vətənpərvərlik musiqiləri səsləndirildi və açılışda iştirak edən bütün uşaqlara Azərbaycan bayrağı və müxtəlif hədiyyələr paylandı.
Siz də uşaqlarınızın rəssamlıq qabiliyyətinin peşəkar müəllim tərəfindən inkişaf etdirilib sərgilərdə iştirak etməsini istəyirsizsə RM ART Studioya müraciət edə bilərsiniz.
Ünvan: Nazim İsmayılov/pr, Bakıxanov 70 (Araz marketin yanı)
Xebertime.az
Xüsusi müxbir: Aygün Oqtay





