SON DƏQİQƏ

"Qırğızıstan Azərbaycan Rəssamlarının gözü ilə" adlı sərgisi təşkil olunub- FOTO

Tarix:27-10-2022, 00:17

24 Oktyabr saat 12:00-da  Midtown oteldə Qırğızıstan səfirliyinin sərgisi təşkil olundu. Sərginin layihə rəhbəri, təşkilatçısı Elnurə və Aygün İsgəndərovalar idi. 
"Qırğızıstan Azərbaycan Rəssamlarının gözü ilə" adlı sərgidə Qırğızıstan mədəniyyəti ,təbiəti , mətbəxi , adət ənənələri  təsvir olunmuşdu.  Giriş sözü ilə sərgini açan Qırğızıstan Respublikasının Azərbaycandakı səfiri Kayrat Osmanəliyev diplomatik əlaqələrin yüksək şəkildə olduğundan danışdı. Cənab səfir  diplomatik əlaqələrin 30 illiyinə həsr olunmuş  sərginin möhtəşəm olduğunu bildirdi.  Bunun üçün Elnurə və Aygün İsgəndərovalara təşəkkür edərək  bu mövzuda layihələrin davamlı olacağını bildirdi. 
Sərgidə qonaq qismində ölkəmizdə olan müxtəlif diplomatik nümayəndəliklərin üzvləri və mediya nümayəndələri, əməkdar artist, bəstəkar Elza Seyidcahan da  iştirak edirdilər. 
  Sərgidə müxtəlif yaş qruplarından olan 125 rəssam iştirak edirdi.  Rəssamlar Qırğızıstan səfiri tərəfindən diplom və müxtəlif hədiyyələrlə təltif olundular. Sərgi iştirakçıları eyni zamanda Qırğız mətbəxinə aid təamları da daddılar.

Xebertime.az
Xüsusi müxbir: Aygün Oqtay


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ