SON DƏQİQƏ

"Tzompantli" adlı sərgi keçirilib- FOTOLAR

Tarix:29-10-2022, 23:09

28 Oktyabr   Xarici Dillər Universitetində Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin 2 Noyabr "Ölülər günü"nə həsr olunmuş  "Tzompantli" adlı sərgi baş tutdu. Sərginin   layihə rəhbərləri Elnurə və Aygün İsgəndərovalar idi. 
Sərgini Xarici Dillər Universitetinin rektoru Kamal Abdulla açdı. Kamal müəllim rəssamları və gələn fəxri qonaqları salamlayaraq sərginin çox maraqlı olduğunu bildirdi. Sözü  Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı Fövqaladə və Səlahiyyətli səfiri Cənab Xuan Rodrigo Labardiniyə verdi . Cənab səfir öncə  Xarici Dillər Universitetinin rəhbərliyinə sərgidə dəstəyə görə təşəkkür etdi. Sərginin və əsərlərin möhtəşəm olduğunu bildirdi,  rəssamların gözəl çalışdıqlarını dedi. Artıq  illərdir həyata keçirilən birgə uğurlu layihələrə görə Elnurə və Aygün İsgəndərovalara təşəkkür etdi. Bu sərginin də  uğurlu sərgi olduğunu bildirdi. Layihə rəhbəri Elnurə İsgəndərova çıxışında Xarici Dillər Universitetinin Rektoru Kamal müəllimə, müşaviri Anar Rəhimova sərginin təşkili üçün dəstəyə görə təşəkkürünü bildirdi. 
Sərgidə respublikanın müxtəlif bölgələrindən 140 rəssamın iştirak etdiyini qeyd etdi. 
Sərgidə fəxri qonaq olaraq Kuzey Kıbrıs Türk Cumhuriyetinin Bakı təmsilçisi Ufuk Turganer, Kuzey Kıbrıs Türk Cumhuriyetinin Bakı təmsilçiliyinin Mədəniyyət və Təhsil Ateşesi  Tevfik Ulual, Xalq rəssamı Arif Hüseynov,  millət vəkili Razi Nurullayev, sevilən aktyor Ramil Babayev, "Galeri" Sənət Mərkəzinin direktoru Mansur Əsgərlivə s. iştirak edirdi.
Sərgidə iştirak edən bütün rəssamlar diplomla təltif olundular.  Qonaqlar eyni zamanda Meksika mətbəxi ilə də tanış oldular. 
 Sərgidə Respublika İncəsənət Gimnaziyasının müəlliməsi Minə Məmmədova tələbələri ilə , Sabunçu MSK-nin dərnək müəlliməsi Fərəh Babayeva, Azərbaycan Dövlət Pedaqoji Üniversitetinin müəllimləri Səmayə Rzayeva, Afər Fəttahova, Sevinc Hacıyeva, Bənövşə Ağayeva , Fialeta Babayeva, Ofeliya Sarıyeva, İdrak Novruzov, Elçin Mayılov , İslam Gülmalıyev,  "EL Art" studiyanın rəhbəri Elnara İsgəndərova, "Al MART" Studiyanın rəhbərliyi Mariya Əliyeva və Almaz İdris tələbələri ilə , " RM ART " Studiyanın rəhbəri Rəsmiyyə Mahmudova tələbələri ilə, Nizami Gəncəvi adına kitabxana klubunun rəsm dərnəyinin rəhbəri Günel Aslanova tələbələri ilə, Sumqayıt Dövlət Rəsm Qalereyasının müəllimi İntiqam Cəfərov, "Baku Talant Center"in müəlliməsi Elmira Məmmədova tələbələri ilə, RF ART Studiyanın rəhbəri Fidan Rüstəmzadə tələbələri ilə, Cəbrayıl rayon Qovşudlu kənd tam orta məktəbinin müəlliməsi Tofiqə Əliyeva, "SEDET ART" Mərkəzinin müəlliməsi Təranə Musayeva   və digərləri iştirak edirdilər.
 
Xebertime.az
Xüsusi müxbir: Aygün Oqtay



FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ