SON DƏQİQƏ

“Qələbəyə gedən yol” adlı rəsm sərgisi təşkil olunub- FOTOLAR

Tarix:5-11-2022, 17:59

2 noyabr 2022-ci il tarixində Akademik Zərifə Əliyeva adına liseydə təsviri incəsənət müəllimi Təranə Əhmədovanın təşəbbüsü ilə Zəfər gününə həsr olunmuş “Qələbəyə gedən yol” adlı rəsm sərgisi təşkil olundu. Xalq rəssamı, professor Arif Hüseynov və ARİ- nin üzvü, layihə rəhbəri, sərgi-tədbir təşkilatçısı Elnurə İsgəndərova sərgidə fəxri qonaq oldular. Sərgidə iştirak edən şagirdlər lisey tərəfindən təşəkkürnamə, ilk üç yerə layiq görülənlər isə diplomla təltif olundular. Qonaqlar sərgiyə dəvətə görə liseyin direktoru Fərqanə İsayevaya, sərginin təşkilində göstərdikləri dəstəyə görə liseyin sinifdənxaric və məktəbdənkənar təşkilatı işlər üzrə direktor müavini Nigar Axundovaya, Uşaq Birliyi Rəhbəri Fəridə Rizvanovaya təşəkkürlərini bildirdilər. Sonda xatirə şəkilləri çəkildi.
 
Xebertime.az 
Xüsusi müxbir: Aygün Oqtay


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ