SON DƏQİQƏ

Naxçıvanda “Cumhuriyyet bayramına qardaşlıq konserti” adlı tədbir keçirilib- FOTO

Tarix:8-11-2022, 10:38

“Araz” Doğa və Azərbaycan Kültür Dərnəyi və “Cahan” AVM, Əyləncə adasının birgə təşkil etdiyi “Cumhuriyyet bayramına qardaşlıq konserti” adlı tədbir keçirilmişdir.
Tədbirin keçirilməsində məqsəd II Qarabağ müharibəsində şəhid olmuş qəhrəmanların ailələri ilə görüşmək, onların ovqatını yüksəltmək, iki qardaş ölkə arasında olan dostluq və birliyi bir daha möhkəmləndirməkdir. 
Tədbirdə Türkiyə Çumhuriyyətinin Naxçıvandakı baş konsulu Məmməd Əmin Kiraz, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirinin ikinci müavini Həsən Əliyev, Günəş Uşaq Akademiyasının rəhbəri Ulduz Əliyeva,   İğdır valisi Hüseyn Əngin Sarı İbrahimin həyatyoldaşı Xədicə Sarı İbrahim, Araz Doğa və Azərbaycan Kültür Dərnəyinin rəhbəri Sərpil Önal,  Milli Eyitim müdiri Sərvət Canlı, Ailə və Sosial Hizmətlər müdiri Hakan Uşma, Ticarət Odası bakanı Kamil Arslan, İş insanı Talet Qızılay və Aleddin Günəri, Anadolu lisesinin öyrənci qrupu və “4TİP” qrupu iştirak etmişdir.
Tədbirdə Türkiyə Çumhuriyyətinin Naxçıvandakı baş konsulu Məmməd Əmin Kiraz çıxış edərək, Türkiyə Azərbaycan qardaşlığının daima möhkəm olmasından, bu birliyin əsrlərə dayandığını söyləmiş, Cumhuriyyət bayramı münasibəti ilə tədbir iştirakçılarını təbrik  etmişdir. “Günəş” Uşaq Akademiyasının üzvü olan uşaqların rəssam valideynləri tərəfindən işlənən rəsm əsərləri qonaqlara hədiyyə edilmişdir. “4TİP” qrupunun maraqlı ifaları tədbir iştirakçılarına əyləncəli anlar yaşatmışdır.
Tədbirə şəhid ailələridə dəvət olunmuşdur. Tədbirdə hər iki qardaş ölkənin məktəbliləri vətənpərvərlik mövzusunda şeirlər və mahnılar söyləyib, qrupun şən ifalarını dinləyərək əyləncəli zaman keçirdilər. Günəş Uşaq Akademiyasının rəssam valideynləri qonaqların rəsmini çəkərək hədiyyə etmişlər. Tədbirin sonunda şəhid övladlarına  və “Günəş” Uşaq Akademiyasının fəal üzvlərinə Milli Eyitim müdiri Sərvət Canlı və İğdır valisi Hüseyn Əngin Sarı İbrahimin həyatyoldaşı Xədicə Sarı İbrahim gətirdikləri  xüsusi hədiyyələr təqdim edilmişdir. Sonra Araz Doğa və Azərbaycan Kültür Dərnəyinin rəhbəri Sərpil Önal çıxış edərək, Araz Doğa və Azərbaycan Kültür Dərnəyinin hər zaman şəhid ailələrinə dəstək olacaqlarından, belə tədbirlərin daima keçiriləçəyindən danışmış, tədbirin keçirilməsində dəstək olan hər kəsə təşəkkürünü bildirmişdir.

Ulduz Eyvaz                                                                  
“Qizil Qələm” media mükafatçısı

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ