SON DƏQİQƏ

”Payız əfsanələri 2022” adlı incəsənət müsabiqəsində idarəyə tabeli müəssisənin şagirdləri uğur əldə etdilər-FOTO

Tarix:13-11-2022, 00:26

XeberTıme.az Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəsmi səhifəsinə istinadən bildirir ki, Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin skripka və fortepiano ixtisası üzrə təhsil alan şagirdləri Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyasının təşkilatçılığı ilə keçirilən “Payız əfsanələri 2022” incəsənət müsabiqəsində uğurlar qazanıblar. Skripka üzrə təhsil alan 2-ci sinif şagirdi İmran Samir oğlu Məmmədzadə I yerə layiq görülüb. Fortepiano ixtisası üzrə 5-ci sinif şagirdi Aydan İrşan qızı Əliyeva II, 2-ci sinif şagirdi Ayla Ramin qızı Qurbanova III, 3-cü sinif şagirdi Məryəm Vüqar qızı İsayeva III, 5-ci sinif şagirdi Miray Quliyeva III, 6-cı sinif şagirdi Xatun Namiq qızı Baharlı III yerlərə, 2-ci sinif şagirdi Aytac Səfa qızı Dadaşbalıyeva “duet” nominasoyası üzrə, 2-ci sinif şagirdi Nur Vüqar qızı Cəfərli və 4-cü sinif şagirdi İsmayıl Emin oğlu Şahbazlı diplomlarla təltif olunublar. Müsabiqəyə şagirdləri müəllimləri Rasim Novruzov, Gülbəniz Həsənova, Elnarə Əhmədova və Sevda Seyidəliyeva hazırlayıblar.
“XeberTıme.az”

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ