"Yeni Ulduz” mahnı müsabiqəsinin iştirakçısı olmuş müğənni Samir Cabbarov vəfat edib.
XeberTıme.az xəbər verir ki, bu barədə ifaçının həyat yoldaşı müğənni Oksana Smirnova sosial media hesabında məlumat verib.
Qeyd edək ki, S.Cabbarov dil xərçənginin ağır formasından əziyyət çəkib. Müğənni məşhur "Yeni Ulduz” televiziya layihəsinin 8-ci mövsümünün iştirakçısı olub.
Allah rəhmət eləsin.
“XeberTıme.az”