SON DƏQİQƏ

“Tanınmış simalarla virtual tur” filminin təqdimatı keçirilib- FOTO

Tarix:17-12-2022, 21:43

Azərbaycan Milli Xalça Muzeyinin 55 illik yubileyi çərçivəsində milli mədəni irsimizin təbliği işinə töhfə olan “Tanınmış simalarla virtual tur” filminin təqdimatı keçirildi.
Ölkəmizdə ilk dəfə Azərbaycan Milli Xalça Muzeyi tərəfindən tanınmış media və incəsənət nümayəndələrinin iştirakı ilə ərsəyə gətirilən filmdə muzeyin tarixi, burada qorunan milli mədəni irs nümunələri və onlarla bağlı maraqlı adət-ənənələrdən bəhs olunur. Filmdə məşhur televiziya aparıcıları Emil Şahzadə, Leyla Quliyeva, Könül Arifqızı, Dəniz Tacəddin, Fariz İlyasov, Tural Əsədov, Şəbnəm Turan və Əməkdar artistlər Nərgiz Kərimova, Dilarə Səlim, Oleq Əmirbəyov muzeyin ekspozisiyasını təqdim edir. “Tanınmış simalarla virtual tur” filminin ssenari müəllifi Azərbaycan Milli Xalça Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova, rejissoru Mübariz Nağıyevdir.
Təqdimat mərasimində yaradıcı heyət çıxış edərək filmdə iştirakları ilə bağlı öz təəsüratları ilə bölüşdülər. Qonaqları salamlayan Ş.Məlikova öz çıxışında “Bu layihəni biz 2020-ci ildən həyata keçirtməyə başladıq. Məhz pandemiya dövründə, insanların nəinki muzeylərdən, ümumiyyətlə bütün mədəniyyət ocaqlarından kənarda qalarkən, biz muzeyimizi daha da əlçatan etdik. İnsanları mədəniyyətə, milli irs nümunəsi olan xalça sənətinə daha da yaxın olması məqsədilə onlayn fəaliyyətimizi gücləndirdik. Və virtual tur ideyası da həmin dönəmdə yarandı. Layihənin ilk hissəsini biz elə 18 may 2020-ci ildə Beynəlxalq muzeylər günü münasibətilə geniş ictimaiyyətə təqdim etmişdik. İnanıram ki, tamamlanmış film milli mədəni irsimizin təbliği işinə növbəti töhfə olacaq. Bu layihə üzərində işlərimiz davam edəcək. Auditoriyamızı daha da genişləndirmək məqsədilə ingilis və rus dillərində də təqdim olunacaq.” vurğuladı.
Qeyd edək ki, muzeyin youtube səhifəsində yerləşdirilən film surdo-tərcümə ilə müşayiət olunur. Bu da respublikamızda muzey işi sahəsində inklüziv proqramların həyata keçirilməsində növbəti uğurlu addımdır.
 
 ****
15 декабря в киноцентре «Низами» состоялась премьера фильма «Виртуальный тур со знаменитостями» в рамках 55-летия Азербайджанского национального музея ковра. Проект стал важным вкладом в просветительскую деятельность в области национальных культурных традиций.
В этом инновационном для нашей страны фильме известные представители СМИ и деятели искусства рассказывают об истории Азербайджанского национального музея ковра, хранящихся здесь образцах национального культурного наследия и связанных с ними интересных традициях. Экспозицию музея представляют заслуженные артисты Азербайджана Наргиз Керимова, Диляра Салим и Олег Амирбеков, известные телеведущие Эмиль Шахзаде, Лейла Гулиева, Кёнуль Арифгызы, Дениз Таджеддин, Фариз Ильясов, Турал Асадов, Шабнам Туран. Автор сценария – директор Азербайджанского национального музея ковра, заслуженный работник культуры Ширин Меликова, режиссер – Мубариз Нагиев.
На премьере творческая группа поделилась воспоминаниями о работе над фильмом. Ширин Меликова в своем выступлении отметила: «Мы приступили к реализации этого проекта в 2020 году. Идея виртуального тура зародилась во время пандемии, когда люди не могли посещать музеи и другие очаги культуры. Чтобы сделать наш музей еще более доступным, приблизить людей к традиционной культуре, и в частности ковровому искусству, мы усилили нашу онлайн-деятельность. Первую часть проекта мы представили широкой публике 18 мая 2020 года, по случаю Международного дня музеев. Я верю, что полная версия фильма станет еще одним вкладом в популяризацию нашего национального культурного наследия. Мы продолжим работу над данным проектом: в целях дальнейшего расширения нашей аудитории он будет представлен также на английском и русском языках».
Отметим, что на youtube-канале Азербайджанского национального музея ковра виртуальный тур сопровождается сурдопереводом на азербайджанском языке, что является значимым шагом для развития инклюзивного направления музейной деятельности страны.
 
****
Yesterday, December 15, the Nizami Cinema Center hosted the premiere of the Azerbaijan National Carpet Museum's (ANCM) Celebrity Virtual Tour film project. This project is one of a series of events celebrating the museum's 55th anniversary and greatly contributes to educational activities in national cultural traditions.
Well-known media and art representatives take us on a virtual tour around the museum space and narrate the museum’s history, samples of national cultural heritage, and interesting traditions associated with them. Famous TV presenters Emil Shahzada, Leyla Guliyeva, Konul Arifgizi, Deniz Tajeddin, Fariz Ilyasov, Tural Asadov, Shabnam Turan, and Honored Artists Nargiz Karimova, Dilara Salim and Oleg Amirbayov guide us in this journey. The film project is written by Dr Shirin Melikova and directed by Mubariz Nagiyev.
At the premiere, the creative team shared their memories of working on the film. Dr. Shirin Melikova, Director of the Azerbaijan National Carpet Museum, Honored Cultural Worker noted: “We first start to film the tour in 2020. The project idea emerged during the pandemic when people could not visit museums and other cultural centers. To make our museum even more accessible and bring people closer to carpet art, we have enhanced our online activities. The museum presented the project's first part on May 18, 2020, on International Museum Day. I believe that the film's whole version will be another contribution to promoting our national cultural heritage. We will continue to work on this project to further develop our audience, and present it in English and Russian.”
Celebrity Virtual Tour available on the ANCM's YouTube channel offers Azerbaijani Sign Language, which is significant for adopting an inclusive attitude throughout the country’s museum sector.
 
Xebertime.az
Xüsusi müxbir: Aygün Oqtay



 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ