SON DƏQİQƏ

“Uğurlarımızla 2023-ə” milli mükafatının təqdimat mərasimi keçirilib- FOTO

Tarix:21-12-2022, 23:59

19 Dekabr saat 15:00-da Bakı Gənclər Mərkəzinin, "A Media Group”un,  Abşeron Gənclərin İnkişafı İB-nin , E MEDİA Group"un  dəstəyi ilə Bakı Gənclər Mərkəzində layihə rəhbəri Elnurə İsgəndərova, təşkilatçısı Aygün Əzizovanın olduğu  "Uğurlarımızla 2023-ə" Milli Mükafatının təqdimat mərasimi və "Qış Möcüzələri" adlı sərgi baş tutdu.
Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Elnurə İsgəndərova çıxışında öncə torpaqlarımız uğrunda canlarından keçmiş şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı dilədi .  İştirakçıların hər birinə 2023-cü ildə uğurlar arzuladı. Sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi . Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Tədbirdə fəxri qonaq olaraq millət vəkili Vüqar İsgəndərov,   Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva, Xalq rəssamı, professor Arif Hüseynov, Əməkdar artist Elza Seyidcahan,  Əməkdar artist, skripka ifaçısı Səlim Abbasov, Respublika və Beynəlxalq müsabiqələr laureatı kaman ifaçısı Şəhriyar Musayev iştirak edirdilər.
Millət vəkili Vüqar İsgəndərov,
Xalq rəssamı, professor Arif Hüseynov çıxışlarında illərdir Elnurə və Aygün bacılarının layihə rəhbəri və təşkilatçısı olduqları bütün sərgi və tədbirlərin gənc nəslin vətənpərvərlik ruhunda və  Azərbaycançılıq ideologiyası əsasında yetişməsində böyük rol oynadığını bildirdilər. Tədbir iştirakçılarını il ərzində qazandıqları uğurlara görə və qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik etdilər. 
 150 müxtəlif yaş qruplarından olan rəssamların əsərləri "Qış Möcüzələri" adlı sərgidə nümayiş olundu. Tədbirdə iştirak edən bütün rəssamlar, media nümayəndələr, musiqiçilər diplom və mükafatlarla təltif olundular. Tədbir Əməkdar artist Elza Seyidcahan, Əməkdar artist skripka ifaçısı Səlim Abbasov,   Respublika və Beynəlxalq müsabiqələr laureatı kaman ifaçısı Şəhriyar Musayevin bir-birindən gözəl musiqiləri ilə davam etdi.
 
Xebertime.az
Xüsusi müxbir: Aygün Oqtay




FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ