SON DƏQİQƏ

İstedadlı rəssam Tamerlan Məmmədovun "Doğma Diyar Naxçıvan" adlı ilk fərdi yaradıcılıq sərgisi keçirilib- FOTO

Tarix:25-12-2022, 00:23

22 Dekabr 2022-ci ildə  Azərkitab Mərkəzində Ulu Öndər Heydər Əliyevin qarşıdan gələn 100 illik yubileyinə həsr olunmuş naxçıvanlı istedadlı rəssam Tamerlan Məmmədovun "Doğma Diyar Naxçıvan" adlı ilk fərdi yaradıcılıq sərgisi  keçirildi. 
Sərginin layihə rəhbəri Elnurə İsgəndərova, təşkilatçısı Aygün Əzizova idi. Rəssamın sərgidə 22 yağlı boya ilə kətan və qrafika əsərləri sərgilənirdi. Əsərlərdə  Naxçıvan Muxtar Respublikasının  və Bakı şəhərinin müxtəlif  mənzərələri yer alırdı. Əvvəlcə preskonfrans keçirildi. Müəllif media nümayəndələrinin suallarına cavab verdi. Sonra Xalq rəssamı, professor Arif Hüseynov müəllif və əsərləri haqqında düşüncələrini bölüşdü.  Tamerlan Məmmədovun  anası Mətanət Məmmədova və bacısı Anaxanım MəmmədovaTamerlanın ailədə də olduqca qayğıkeş və məsuliyyətli olduğunu bildirdilər. Onunla fəxr etdiklərini  və gələcək həyatında, işlərində uğurlar arzuladılar.
Rəssam Tamerlan Məmmədov ilk fərdi yaradıcılıq sərgisinə görə diplomla təltif olundu.                                                                     
Sonda ənənəyə uyğun olaraq  tort kəsildi. Qonaqlar çay süfrəsinə dəvət olundular.
 
Xebertime.az
Xüsusi müxbir: Aygün Oqtay
Fotoqraf: Mahir Əhmədov



 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ