SON DƏQİQƏ

Sankt-Peterburq şəhərində "Çinar" Azərbaycan Milli Mədəni Mərkəzinin təşkilatçılığı ilə tədbir keçirilib- FOTO

Tarix:25-12-2022, 18:21

24 dekabr Rusiyanin mədəniyyət mərkəzi olan Sankt-Peterburq şəhərində "Çinar"  Azərbaycan Milli Mədəni Mərkəzinin təşkilatçılığı ilə tədbir keçirildi. 
"Sankt-Peterburqun tanınmış azərbaycanlı ziyalıları" adli tədbir bu şəhərdə yaşamış və fəaliyyət göstərmiş taninmış azərbaycanlı elm,  təhsil,ədəbiyyat və mədəniyyət xadimlərinin xatirəsinə həsr olunmuşdu. Xatirə gecəsində Sankt-Peterburq şəhərində yaşayan, fəaliyyət göstərən azərbaycanlılarla bərabər digər  xalqlarin nümayəndələri də iştirak etdi. Bu tədbirin məqsədi Sankt-Peterburq ictimaiyyətini və gənclərimizi dəyərli ziyalılarımızla tanış etməkdir. Görüşdə iştirak edən bütün çıxışçılara, qonaqlara, əməyi keçən hər kəsə dərin təşəkkürümüzü bildiririk. Xatirə gecəsi silsilə xarakteri daşıyacaq və "Çinar" Milli Mədəni Mərkəzi bu səpkidə olan görüşləri vaxtaşırı keçirməyi planlaşdırır.

“XeberTıme.az”

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ