SON DƏQİQƏ

RM ART Studioda "Yeni İli Uğurla Qarşılayaq " adlı sərgi - tədbir təşkil olunub- FOTO

Tarix:30-12-2022, 08:44

Layihə rəhbəri Elnurə İsgəndərova, təşkilatçısı Aygün Əzizovanın olduğu RM ART Studionun tələbələri və müəllim kollektivi  Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş "Yeni İli Uğurla Qarşılayaq " adlı sərgi - tədbir təşkil olundu. 
Sərgi - tədbiri giriş sözü ilə açan layihə rəhbəri Elnurə İsgəndərova gələn qonaqları salamlayıb, yeni il münasibətilə təbrik etdi. 2022-ci ildə uğurlu fəaliyyət göstərdiklərini, 2023-cü ildə də uğurlarının davamlı olmasını arzuladı . 
RM ART Studionun müəllim və tələbə kollektivinin fəal fəaliyyətindən,  rəsm kursunda şəhid və qazi uşaqlarını təmənnasız   hazırladıqlarından danışıb sözü   ADRA-nın nəzdində ADİK-nin, ADPU-nun nəzdində ADPK- nin müəllimi , RM ART Studionun direktoru  Rəsmiyyə Mahmudovaya verdi . Rəsmiyyə müəllim gələn qonaqları , tələbə və valideynləri yeni il  münasibətilə təbrik edib, uğurlar arzuladı . 2023-cü idə də daha böyük uğurla, həvəslə çalışacaqlarını  bildirdi. 
Sərgidə iştirak edən bütün tələbələr, müəllimlər diplomla, müxtəlif hədiyyələrlə təltif olundular . Qonaqlar üçün isə xüsusi yeni il hədiyyələri  təqdim olundu. Rəsmi hissə bitdikdən sonra bədii hissədə ''Sarı gəlin " rəqsi ilə Sara Babayeva , "Vətən" rəqsi ilə Jalə Nəsibova, sazda el havaları ilə Samir Pənahov çıxış etdilər. 
Sonda xatirə şəkilləri çəkildi , hər kəs bayram süfrəsinə dəvət olundu.

Müxbir : Aygün Oqtay


 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ