SON DƏQİQƏ

“Bahar gəlir, yaz gəlir” adlı Novruz festivalı keçirilib.

Tarix:21-03-2023, 12:23

Layihə rəhbərləri Elnurə və Aygün İsgəndərovaların Bakı Gənclər Mərkəzi ilə birgə Novruz bayramına həsr olunmuş “Bahar gəlir, yaz gəlir” adlı sərgi-festival keçirilib. Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Elnurə İsgəndərova Novruz bayramı münasibətilə iştirakçıları və qonaqları təbrik edib, sərgi-festival barədə ətraflı məlumat verib. Festivalda 200 nəfər rəssamın əsərlərinin nümayiş etdirildiyini diqqətə çatdırıb. Bakı Gənclər Mərkəzinin direktor müavini Günay Talıbova sərgilənən əsərlərin hər birinin xüsusi hazırlandığını qeyd edərək iştirakçılara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.  Rəsmi açılışdan sonra qonaqlar nümayiş etdirilən əsərlərlə tanış olublar. Respublikamızın müxtəlif bölgələrindən gəlmiş gənc rəssamların bacarıqlarının təkmilləşdirilməsi məqsədilə masterklasslar keçirilib. Festivalda qonaqlar və iştirakçılar üçün milli adət ənənələrə əsaslanan əyləncəli proqramlar, viktorinalar təşkil edilib. Tədbirin sonunda rəssamlar diplom və fəxri fərmanlarla təltif olunublar.
 Xebertime.az
Xüsusi müxbir: Aygün Oqtay


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ