SON DƏQİQƏ

"Lənkəran mənzərələri” adlı etüd təşkil edilib- FOTOLAR

Tarix:9-04-2023, 22:37

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyevin və millət vəkili Rüfət Quliyevin dəstəyi ilə  ulu öndər Heydər Əliyevin  100 illik yubileyinə həsr olunmuş "Vətənpərvərlik etüdləri" layihəsi çərçivəsində “ Lənkəran mənzərələri” adlı etüd baş tutdu. 
Etüddə RM ART Studionun müəllim,  tələbə kollektivi və digər tanınmış rəssamlardan ibarət 25 nəfərlik rəssam qrupu iştirak edirdi.
Öncə etüd iştirakçıları Tarix Diyarşünaslıq Muzeyini ziyarət etdilər. Muzeyin əməkdaşı Səriyyə Quliyeva etüd iştirakçılarına Lənkəranın tarixi, görkəmli şəxsiyyətləri haqqında ətraflı  məlumat verdi. 
Sonra rəssamlar əsrarəngiz Lənkəran şəhərinin gözəl təbiət mənzərələrini kətan üzərinə köçürdülər. 
Layihə rəhbəri Elnurə İsgəndərovanın  və  etüd rəhbəri  Aygün Əzizovanın  təşkilatçılığı ilə baş tutan etüddən sonra ərsəyə gələn bir-birindən möhtəşəm rəsm əsərləri Boranı restoranının sərgi salonunda  nümayiş etdirildi. Layihə rəhbəri Elnurə İsgəndərovanın verdiyi məlumata görə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə  həsr olunan “Vətənpərvərlik etüdləri” il ərzində davam edəcək və sonda YAP Yasamal Rayon Təşkilatının inzibati binasında sərgilənəcək. Etüddə iştirak edən rəssamlara diplomlar təqdim edilib.
Lənkəranımızın özünəməxsus mətbəxi hər zaman fərqliliyi ilə seçilən Boranı restoranında yüksək səviyyədə qonaqpərvərliklə etüd iştirakçılarına təqdim edildi. Etüd iştirakçıları  Boranı restoranının  başda rəhbərliyi olmaqla bütün əməkdaşlarına dərin təşəkkürlərini bildirdilər.

Müxbir :  Aygün Oqtay
Fotoqraf : Tuncay Rəsulov



FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ