Əslində mən bu məqaləni boş yerə belə adlandırmamışam. Yaxşı yadıma gəlir 2013- cü il idi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “Sənətkarın taleyi” yeni bir tamaşa səhnəyə qoyulurdu. Tamaşanın rejissoru İrana Tağızadə idi. O, çox mülayim xanım idi hər kəslə xoş sözlərlə danışırdı. Həmdə çox istedadlı rejissor idi. Tamaşa Azərbaycan teatrının banisi Hüseyn Ərəblinskinin həyatı haqqında idi. İrana xanımın bir rejissor kimi aktyorlarla işləməsi məni gənc bir aktyor kimi valeh etdi. Yadıma gəlir kiçik bir obrazı oynayan aktyor xəstələnmişdi mən səhnənin kənarında dayanmışdım o zaman İrana xanım məni görüb dedi ki, malçik tı smojes zamenit aktyora. Mən əvvəlcə tərəddüd etdim sonra isə dedim ki, oynayaram. O, mənə başa saldı və anlatdı mən cəmi bir dəfə məşq etdim amma o məşqdəndə zövq aldım. Sonra İrana xanım və həyat yoldaşı Firdovsi bəylə söhbət edirdik. Onlar məni öz işlədiyi S.Vurğun adına Rus dram teatrında tamaşalara baxmağa dəvət etdilər. Gələcəm vaxt tapan kimi mütləq gələcəm dedim. Bir gün elə də etdim “Teleskop” və “Karamazov qardaşları” tamaşasına baxdım. Səhnə dekorasiyası və səhnə quruluşu məni valeh etdi. Aktyor oyununa da söz ola bilməz. Tamaşadan sonra dəvətə görə Firdovsi bəyə və İrana xanıma təşəkkür etdim. Bəlkə də bu mənim ona son təşəkkürümü və onunla son görüşüm oldu. Dünən səhər saatlarında aldığım xəbər məni çox üzdü. Saytların birində oxudum ki, İrana xanım dünyasını dəyişib. Bu xəbər məni çox üzdü. O, cür bir insanın və rejissorun itkisi teatr və incəsənət camiyyəsinə böyük itkidir. Yerin behişt ruhun şad olsun. Allah sənə rəhmət eləsin. Nə qədər teatr var nə qədər sənət var sən yaşayacaqsan tamaşalarında yaşayacaqsan.
Yazar: Ənvər Məmmədov