SON DƏQİQƏ

"Yanar Dağ Mənzərələri" adlı etüd-sərgi təşkil olunub-FOTOLAR

Tarix:17-04-2023, 11:00

15 Aprel Beynəlxalq Mədəniyyət Günü və eyni zamanda Ekoloji Biliklər Günü münasibəti ilə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyevin, "Yanar dağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun direktoru Elvin Orucovun dəstəyi ilə Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində "Yanar dağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda Rəssamlar İttifaqının üzvi Elnurə İsgəndərovanın rəhbərlik etdiyi layihə çərçivəsində  25 nəfərlik rəssam qrupundan ibarət "Yanar Dağ Mənzərələri" adlı etüd-sərgi təşkil olundu. Rəssamlar bələdçilər tərəfindən qoruğun  mənzərələri ilə və qoruğun muzey kompleksində olan qədim eksponatlarla tanış oldular. Sonra etüd rəhbəri Aygün Əzizovanın təşkilatçılığı ilə "Uni Kids Club"un, "ALMART STUDİO"nun rəssam kollektivi və digər rəssamlar bir-birindən gözəl mənzərələri kətan üzərinə köçürdülər. Rəssamların ərsəyə gətirdiyi əsərlər qoruğu ziyarətə gələn turistlər tərəfindən çox böyük maraqla qarşılanmışdır. Etüddə iştirak edən rəssamlar diplomla təltif olundular. Səmimi, yüksək səviyyədə qarşılanma üçün görüş zamanı rəssamlar qoruğun direktoru Elvin Orucova dərin təşəkkürlərini bildirdilər.
Sonda etüd iştirakçıları üçün "Yanar dağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun müasir dizayna malik kafesində özəl çay süfrəsi və nahar süfrəsi təşkil olundu.
 
Müxbir: Aygün Oqtay
Fotoqraf: Tevfik Ulual


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ