Naxçıvanda bir ilk...
Ümummili lider Heydər Əliyev deyirdiki, “Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələçəyidir!” Türk xalqının Ümümmili Lideri Mustafa Kamal Atatürk deyirdi ki, "Türk milletinin geleceği, bugünkü çocuklarının doğru görüşü ve yorulmak bilmeyen çalışma azmi ile büyük ve parlak olacaktır." Hər iki lider bu fikirləri gələcəyin parlaqlığını yalnız uşaqların azadlığında, inkişaf və tərəqqisində, xoşbəxtliyində görərək söyləmişdir.
XeberTıme.az xəbər verir ki, aprelin 23-də Naxçıvan Gənclər Mərkəzində Türkiyə Cumhuriyyətinin Baş Konsulluğunun və “Günəş” Uşaq Akademiyasının təkilatşılığı ilə “23 Nisan Ulusal Egemenlik və Çocuk Bayramı” keçirilmişdir. Digət dəstəkçilər isə Naxçıvan Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, “Cahan” Holdinq olmuşdur. “Cahan” Holdinq tədbir iştirakçılarına və uşaqları yeyəcək və içəcəklərlə təmin edərək uşaqları sevindirib. Tədbir başlamazdan əvvəl Gənclik Mərkəzinin foyesində “iki dövlət, bir millət” adlı uşaqlatrın rəsmlərindən ibarət sərgiyə baxış olub. Həmçinin “Günəş” Uşaq Akademiyasının rəsm qrupunun üzvləri tərəfindən uşaqlarən “Üz boyamaq” istəkləri də reallaşdırılıb. Tədbirə gələn uşaqların istəklərinə uyğun üzlərində Azərbaycan və türkiyə bayraqlarının, nağıl qəhrəmanlarının rəsmləri çəkilib. Bu tədbir uşaqlar tərəfindən sevinclə qarşılanıb.
Tədbiri “Günəş” Uşaq Akademiyasının direktoru Ulduz Əliyeva açaraq əlamətdar günün əhəmiyyətindən, bu tarixi günün Ümummilli lider Heydər Əliyevin 100 illiyinə ərməğan edilməsindən danışıb. Sonra Türkiyə Respublikası Xarici İşlər Nazirliyinin 23 Aprel - Milli Suverenlik və Uşaq Bayramı Günü ilə bağlı hazırladığı videoçarx nümayiş olunub. Tədbirdə Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya 23 Aprel - Milli Suverenlik və Uşaq Bayramı Gününün yaranma tarixindən, qardaş ölkədə uşaqların cəmiyyətin gələcək layiqli vətəndaşı kimi formalaşdırılması istiqamətində görülən tədbirlərdən danışıblar.
Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov, Gənclər və İdman naziri Ramil Hacı Ulu Öndər Heydər Əliyevin formalaşdırdığı Müstəqil Azərbaycanın dövlət uşaq siyasətindən və bu siyasətin bu gün də dövlətin əsas prioritetlərindən biri olmasından, muxtar respublikada uşaqların mənəvi-psixoloji, fiziki və intellektual inkişafı ilə əlaqədar atılan məqsədyönlü addımlardan, Araz Doğa Sporları və Azərbaycan Kültür Klubu Dərnəyinin rəhbəri Sərpil Önal türk- azərbaycan birliyinin dərin köklərə dayanaraq bu gündə bu qardaşlığın möhkəmləndirilməsindən danışıb.
“Günəş” Uşaq Akademiyasının uşaqlarının hazırladığı ədəbi-bədii kompozisiya, H.Əliyev Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin “Əlvan çiçəklər” rəqs qrupunun təqdim etdiyi “Zəfər” rəqsi, Naxçıvan şəhərində fəaliyyət göstərən 4,5 və 11 saylı uşaq bağçalarının fidanlarının biri-birindən gözəl rəqsləri, şeirləri, və digər əlvan musiqi çələngi, Araz Doğa Sporları və Kültür Klubu Dərnəyinin təqdim etdiyi folklor nümunələri uşaqların iştirakı ilə keçirilən tədbirə xoş bayram ovqatı bəxş edib.
“XeberTıme.az”