SON DƏQİQƏ

Budapeştdə “Türk Dünyasının Muzeyləri Paneli” keçirilib- FOTOLAR

Tarix:1-05-2023, 19:09

27-28 aprel tarixlərində Macarıstanın paytaxtı Budapeşt şəhərində TÜRKSOY-un Baş katibliyi tərəfindən “Türk Dünyasının Muzeyləri Paneli” keçirilmişdir.
Məşhur macar etnoqrafı, türk xalqları və şamanizm haqqında tədqiqatlar aparmış Dioszegi Vilmosun 100 illiyinə həsr olunmuş panelə türk dünyasının qabaqcıl muzeylərinin rəhbərləri və aparıcı mütəxəssisləri dəvət olunub. TÜRKSOY Muzeylər Birliyi, TDT Avropa Ofisi və Macarıstan Etnoqrafiya Muzeyi ilə iş birliyində reallaşan toplantıda Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova da iştirak etmişdir. O, TÜRKSOY Muzeylər Birliyinin dönəm rəhbəri kimi tədbirdə açılış nitqi ilə çıxış edib. Türk dövlətlərinin muzeyləri arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi istiqamətində artıq ənənə halını almış bu toplantıların önəmini vurğulayıb. Macarıstanla türk dünyası arasında tarixən mövcud olan və müasir dövrdə getdikcə güclənən qarşılıqlı mədəni əlaqələrdən bəhs edib. Daha sonra toplantı panel sessiyalarla öz işini davam etdirib. Birinci sessiyada Şirin Məlikova “Muzey və ziyarətçi: Əməkdaşlıq üfüqləri” adlı geniş məruzəni iştirakçıların diqqətinə çatdırıb. Məruzədə Azərbaycan Milli Xalça Muzeyinin ziyarətçilərlə müasir tələblərə uyğun qurulmuş iş prinsiplərindən, tamaşaçılarda qədim milli irsə maraq yaradılması istiqamətində həyata keçirilən çoxsaylı mədəni, təhsil layihələrindən və bu aspektdə digər mühüm məsələlərdən bəhs olunub. Məruzə sessiya iştirakçıları tərəfindən maraqla qarşılanıb və müzakirələr zamanı Şirin xanım ona ünvanlanan sualları cavablandırıb.
Panelə qatılan Türkiyə, Macarıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və s. ölkələrin nümayəndələri muzey sferasını və etnoqrafik tədqiqatları əhatə edən digər maraq doğuran məruzələrlə çıxış etmişlər.
 
 
On April 27-28, the General Secretariat of TURKSOY (International Organization of Turkic Culture) held the Panel of Museums of the Turkic World in Budapest, Hungary. The directors and senior specialists from the museums of the Turkic world were invited to the panel, dedicated to the 100th Anniversary of Vilmos Diószegi, famous Hungarian ethnographer who conducted researches on Turkic peoples and shamanism. Shirin Melikova, the Director of ANCM, was also present at this event jointly realized by TURKSOY Museums Community, OTS European Office, and Hungarian Museum of Ethnography. As the Term Chairman she delivered an opening speech at the event. Sh. Melikova emphasised the importance of these traditional meetings in order to expand relationships between the museums of Turkic states. She spoke about historical cultural ties between Hungary and Turkic world developing today in the course of time. Later, the meeting continued with panel sessions. At the first session, Sh. Melikova made a detailed report “Museum and Visitor: Horizons of Cooperation”. The report covered a number of essential aspects such as the Azerbaijan National Carpet Museum’s principles of work with visitors, meeting the modern requirements, many cultural and educational projects aimed to arouse visitors’ interest to the ancient national heritage. The report was welcomed with great interest, during the discussion Sh. Melikova answered participants’ questions.
Representatives from Turkey, Hungary, Kazakhstan, Kyrgyzstan, Uzbekistan, and other countries also made interesting reports in museum field and ethnographic researches.
 
 
27-28 апреля Генеральный секретариат МОТК (Международная организация тюркской культуры) провел в столице Венгрии – Будапеште «Панель музеев тюрксого мира». На панель, посвященную 100-летию известного венгерского этнографа, исследователя тюркских народов и шаманизма Диосзеги Вильмоса, были приглашены руководители и ведущие специалисты передовых музеев тюркского мира. На встрече, организованной совместно Союзом музеев МОТК, Европейским отделом ОТГ (Организация тюркских государств) и Венгерским этнографическим музеем, также присутствовала директор Азербайджанского национального музея ковра Ширин Меликова. Будучи временным руководителем Союза музеев МОТК, Ш.Меликова произнесла вступительную речь, в которой подчеркнула важность этих традиционных встреч в расширении взаимных связей между музеями тюркских государств. Ш.Меликова также рассказала об исторических взаимных культурных связях между Венгрией и тюркским миром, еще более расширяющихся сегодня. Далее встреча продолжилась панельными сессиями. На первой сессии выступила Ш.Меликова с обширным докладом на тему «Музей и посетитель: горизонты сотрудничества». Доклад затронул такие важные темы как современные принципы работы с посетителями в АНМК, отвечающие сегодняшним требованиям, культурные и образовательные проекты, повышающие интерес посетителей к древнему национальному наследию, и другие смежные темы. Доклад был встречен с большим интересом, в процессе дискуссий Ш.Меликова ответила на вопросы участников.
Представители Турции, Венгрии, Казахстана, Киргизии, Узбекистана и других стран также выступили с интересными докладами, охватывающими музейную сферу и этнографические исследования.
 
Xebertime.az 
Xüsusi müxbir: Aygün Oqtay


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ