SON DƏQİQƏ

Beynəlxalq Qalereyanın ofisinin açılış mərasimi olub- FOTOLAR\VİDEO

Tarix:9-05-2023, 09:26

7 May 2023-cü il tarixində BMT-nin layihəsi əsasında qazanılmış Beynəlxalq Qalereyanın ofisinin açılış mərasimi oldu.  
Layihə rəhbərləri Elnurə İsgəndərova və Aygün Əzizova öz çıxışlarında gələn qonaqları salamlayıb , Beynəlxalq Qalereyanın açılmasının məqsədlərindən gənclərin, uşaqların  azərbaycançılıq ideologiyasında, vətənpərvərlik ruhunda yetişməsində, müxtəlif ölkələrlə beynəlxalq əlaqələrin inkişafında oynayacağı roldan bəhs etdilər. 
Sonra sözü Mədəniyyət Nazirliyinin əməkdaşı Zöhrə Əliyevaya verdi. Zöhrə xanım çıxışında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində Azərbaycanda Beynəlxalq Qalereyanın ofisinin açılışının   mədəniyyətimizə uğurlu töhfə olduğunu bildirdi. Layihə rəhbərlərini təbrik edib uğurlar arzuladı. 
İştirak edən qonaqlardan Ağdam rayon Heydər Əliyev  Mərkəzinin direktoru Namiq Həsənov,  General Polad Həşimovun qardaşı İlham Həşimov, müxtəlif ölkələrin   Azərbaycandakı Fövqəladə və Səlahiyətli Səfirliklərinin  Nümayəndələri,  Əməkdar jurnalist Nadir Azəri ,E Mediyanın rəhbəri Elşən Əliyev, jurnalist Dünyaxanım Əliyeva da öz təbriklərini, xoş sözlərini bildirdilər. Açılışda eyni zamanda müxtəlif ali məktəblərin rəssam, müəllim və tələbə kollektivi  iştirak edirdi.

Müxbir : Aygün Oqtay 
Fotoqraf : Mahir Əhmədov




FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ