SON DƏQİQƏ

"Natəvan" operası ilk dəfə Cıdır düzündə

Tarix:11-05-2023, 21:11

Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Fesitvalının sonuncu günündə Vasif Adığözəlovun “Natəvan” operası təqdim olunub. 
XeberTıme.az  xəbər verir ki, Cıdır düzündə ilk dəfə nümayiş olunan əsər Qarabağ xanının qızı, Azərbaycan bədii fikrinin görkəmli siması Xurşidbanu Natəvanın həyat və yaradıcılığına, o dövrdə Qarabağda baş verən ictimai-siyasi hadisələrə işıq tutur.
 
Səhnədə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının artistləri yer alıb, dirijor isə Xalq artisti, opera müəllifinin oğlu Yalçın Adığözəlov olub.

 “XeberTıme.az” 


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ