SON DƏQİQƏ

Gəncə Dövlət Kukla Teatrı Türkiyə Cümhuriyyətində Beynəlxalq Teatr festivalında iştirak edəcəkdir

Tarix:26-05-2023, 23:16

Ümummilli Lider Heydər Əliyevin 100, Azərbaycan peşəkar milli teatrının yaranmasının 150 illiyi çərçivəsində, Mədəniyyət Nazirliyinin dəstəyi ilə  Gəncə Dövlət Kukla Teatrı 26-31 may tarixində  Türkiyə Cümhuriyyətində keçiriləcək Türkdilli Dövlət teatrlarının 15 – ci “ Min Nəfəs Bir Səs" Beynəlxalq Teatr festivalında Rəsul Rzanın "Ana Qaz" tamaşası ilə çıxış edəcək. Festivalda ölkəmizi təmsil edəcək Gəncə Dövlət Kukla Teatrı ilə yanaşı Qazaxıstan Akademik Musiqili Teatrı, Qazaxıstan Gənclik Teatrı, İran Türkmən Səhra Teatrı, Kosova Türk Teatrı, Ankara Dövlət Teatrı, Ərzurum Dövlət Teatrı, Diyarbakır Dövlət Teatrı öz tamaşalarını nümayiş etdirəcək.                                              Gəncə Dövlət Kukla Teatrı festivalda 28 -30 may tarixlərində "Ana Qaz" tamaşası ilə Konya Dövlət teatrının səhnəsində çıxış edəcək. Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Şamil Məmmədli, xareoqraf  əməkdar artisti Fərmail Paşayev, quruluşçu rəssamı   Məhəmməd Hacıyevdir. Tamaşada teatrın aktyorları Səməd Xanəhmədov, Məhəmməd Hacıyev, Nahidə Namazova, Nərmin Şərifova  iştirak edirlər. Ana Qaz rolunun ifaçısı teatrın aparıcı aktrisası Zülfiyyə Əliyevadır.


 
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ