SON DƏQİQƏ

Lənkəranlı rəssamların "Vətənim" adlı ilk fərdi yaradıcılıq sərgiləri təşkil olunub- FOTOLAR

Tarix:25-06-2023, 22:27

24 iyun 2023-ci il tarixində layihə rəhbəri  Aygün Əzizovanın olduğu  Beynəlxalq Qalereyanın, Lənkəran Regional Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə lənkəranlı rəssamlar Həyat Şirvanova , Raminə Qurbanova , İlahə Şirvanovanın   Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Vətənim" adlı ilk fərdi yaradıcılıq sərgiləri  təşkil olundu. 

Sərgidə rəssamların vətənpərvərlik ruhunda 40 müxtəlif janrlarda əsər və portretləri nümayiş olunurdu. Sərgini giriş sözü ilə açan Lənkəran Regional Mədəniyyət Mərkəzinin nəznində Lənkəran Uşaq Rəssamlıq Məktəbinin direktoru Xəzər İbrahimov sərgidə iştirak edən qonaqları salamladı. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımız uğrunda canlarından keçmiş şəhidlərimizin ruhun bir dəqiqəlik sükutla yad olunmasını rica etdi. Xəzər müəllim çıxışında Lənkəranda yerli sənətkarların tanıdılmasından və sənətkarlığın inkişafından söz açdı. İlk fərdi yaradıcılıq sərgisi olan hər üç xanıma uğurlar arzuladı. Çıxış üçün sözü Beynəlxalq Qalereyayanın direktoru Elnurə İsgəndərovaya verdi. Elnurə xanım Lənkəranda yüksək qarşılanma və Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Vətənim " adlı ilk fərdi yaradıcılıq sərgisinin yüksək səviyyədə təşkil olunmasının təqdirə layiq olduğunu bildirdi. Həyat , Raminə və İlahə  xanımın rəssam olaraq  sərgilərdə fəal fəaliyyətlərindən söz açdı. Çıxışçılardan Xalq artisti Eldost Bayram , xalçaçı rəssam Minarə Bayramova , Türkiyədən olan rəssam Ahmet Naim Pir, foto rəssam Mehriban Zeynalova , rəssam Tamerlan Məmmədov, neftçi, rəssam Xalid Bağırov, müəllim Bahar Bağırova, Lənkaran  şəhər Xarici Dillər Təmayüllü Gimnaziyanın  direktoru Mənsur Ağayev , el ağsaqqalı Seydəmir Şirvanov, Həyat xanımın qardaşları Əli Qurbanov, Valeh Qurbanov
 sənətkarlara   uğurlar arzulayıb,  belə sərgilərin davamlı olmasını arzuladılar. Sonda Beynəlxalq Qalereya və Lənkəran Regional Mədəniyyət İdarəsi adından rəssamlar ilk fərdi yaradıcılıq sərgilərinə  görə diplomla təltif olundular. Ənənəvi olaraq rəssam tortu kəsildi.   Qonaqlar  Həyat xanımın hazırladığı Lənkəran mətbəxinin ləziz təamlarından daddılar.                                   
Sonda xatirə fotoları çəkildi.

Müxbir: Aygün Oqtay 


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ