SON DƏQİQƏ

Nazirlikdən “müəllimlərin işə qəbul imtahanına yüksək məbləğdə rüsum” tələb olunması məsələsi ilə bağlı Açıqlama

Tarix:2-07-2023, 00:57

Mədəniyyət Nazirliyi musiqi və incəsənət məktəblərinə müəllimlərin işə qəbulu üçün 75, direktor və direktor müavinlərindən isə 95 manat rüsum tələb olunması ilə bağlı məlumata aydınlıq gətirib.
XeberTıme.az xəbər verir ki,Nazirlikdən bildirilib ki, göstərilən məbləği Dövlət İmtahan Mərkəzi müəyyənləşdirib:
“Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsi”nin 1.1-ci bəndinə uyğun olaraq, DİM ilə Mədəniyyət Nazirliyi arasında bağlanmış müvafiq müqaviləyə əsasən, Nazirliyin tabeliyində fəaliyyət göstərən uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə direktorların, direktor müavinlərinin və müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsinin Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilməsi və imtahanda iştirak haqqının müvafiq standartlar nəzərə alınmaqla Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən edilərək iştirakçılar tərəfindən həmin quruma ödənilməsi nəzərdə tutulub”.
Qeyd edək ki, musiqi və incəsənət məktəblərinə müəllimlərin işə qəbulu imtahanları zamanı tələb olunan rüsum böyük narazılığa səbəb olub.
İmtahanda iştirak edən müəllimlərin işə qəbulu üçün 75, direktor və direktor müavinlərindən isə 95 manat rüsum tələb olunub. Bundan əlavə, imtahanda iştirak edəcək müəllimlərə əvvəlcədən bu haqda məlumat verilməyib.

XeberTıme.az

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ