“Çıxış Yolu” verlişində tanınmış aktirisa Nahidə Orucovanın doğum günü qeyd olundu.
“Çıxış Yolu” verlişinn layihə rəhbəri və aparıcısı Nuranə Gülər Respublikanın Əməkdar artisti Nahidə Orucovanın bu günə qədər tamaşalarda oynadığı saysız-hesabsız rollarından, Azərbaycan mədəniyyətinə verdiyi əvəzsiz töhfələrindən danışdı, ona sağlam həyat, yorulmaz iş fəaliyyəti arzuladı.
Verlişin ziyalı qonaqları Nahidə xanımı təbrik etdilər, öz arzularını bildirdilər. Verlişin musiqili qonaqları “Mehriban” rəqs qrupu öz rəqsləri ilə Nahidə xanımı təbrik etdilər.
Sonnacake şirniyyat evi tərəfindən Nahidə Orucovanın doğum günü münasaibəti ilə göndərilən tort “Çıxış Yolu” verlişinin ekspertləri ilə birgə musiqi sədaları altında kəsildi. Qonaqlar Nahidə xanıma möhkəm can sağlığı, uzun ömür, yaradıcılıq uğurları, bol-bol tamaşalar və sevinc dolu günlər arzuladılar.
Sonda xatirə şəkillər çəkildi.
Yeganə Telmanqızı
“XeberTıme.az”