SON DƏQİQƏ

NİHAD ƏLİYEV- Yerusəlimin ağlaması və işığı

Tarix:30-07-2023, 17:40

Beynəlxalq səviyyədə tanınmış rəssam, Azərbaycanda və 36 xarici ölkədə böyük uğurlar qazanmış sənətkar, akademik Nihad Əliyev Anna Frankın portreti kompozisiya əsasında yeni əsər təsvir eləyib.  Rəssamın sözlərinə görə yaratdığı  rəsm əsərində kompozisiyada sol tərəfdəki hissə - yəhudilərin soyqırımı mənasını verir. Holokost soyqırımı. Yəni konslagerdə yəhudilərin faşistlər tərəfindən qətlə yetirilməsi. 
Kompozisiyada sağ tərəfdə isə Yerusəlim şəhərini (Qüds şəhərini) təsvir eləmişəm. Yerusəlimdə yerləşən Əqsa Məscidi. Əl-Əqsa məscidi müsəlmanların ilk gibləsidir. İnşasına Davud Peyğəmbərin başladığı və oğlu Süleyman Peyğəmbər tərəfindən tamamlandığı deyilir. Həmin bu məscid Məcidul-Həramdan sonra tikilən ən qədim ikinci məscid hesab olunur. 
Ağlama divarı - Yerusəlimdə (Qüdsdə) Məbəd dağının qərb tərəfində yerləşmiş qədim yəhudi məbədi divarının qalıqlarıdır. Qüdsdə olan yəhudilər üçün müqəddəs hesab edilən, Qüds məbədinin aşağı hissəsində qalmış qərb divarıdır. Buna görə Qərb divarı ilə tanınır.
Menorah - Qüds məbədində zeytun yağı ilə yandırılan yeddi qollu şamdandır. Həmin bu yeddi qollu şamdan yəhudilərin ən qədim simvollarındandır. Menorah gündə iki dəfə tanrının dünyaya işıq saçmasını arzulamaq üçün yandırılırdı.
Anna Frankın gündəliyi - İkinci Dünya Müharibəsi illərində ki həyatını qələmə aldığı gündəlikdir. "Gənc qızın gündəliyi" ən dəyərli əsərləndəndir. Həmin bu gündəlik Holokost soyqırımı mövzusunda yazılıb və dünyanın 70-n çox ölkəsi həmin bu gündəliyi öz dilində çap edib.
Xatırladaq ki, Anna Frank yəhudi əsilli almandır. İkinci Dünya Müharibəsi illərində ki həyatını qələmə aldığı gündəliyi ilə yazıçı kimi ad qazanıb. Onun yazdığı "Gənc qızın gündəliyi" ən dəyərli əsərləndəndir. Həmin bu gündəlik Holokost soyqırımı mövzusunda yazılıb.
Anna Frank 1945-ci ildə 15 yaşında konslagerdə tif xəstəliyindən dünyasını dəyişib.                                                                
Bizdə “XeberTıme.az” analitik informasiya portalı olaraq akademik, rəssam Nihad Əliyevə  bol-bol yaradıcılıq uğurları arzulayırıq. 
 
XeberTıme.az


 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ