SON DƏQİQƏ

Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasından xalça məmulatları Latviyada “Zirvəyə gedən yolda” sərgisində-FOTO

Tarix:10-08-2023, 11:25

İyulun 28-də Latviyanın Gülbene şəhərində Tarix və İncəsənət Muzeyinin təşkilatçılığı ilə “Divi Juliji” VI Beynəlxalq İncəsənət Festivalı keçirilib. Ənənəvi festival bu şəhərdə anadan olan tanınmış iki rəssam, tətbiqi sənət ustaları Yulius Madernieks (1870-1955) və Yulius Straumenin (1874-1970) xatirəsinə həsr edilib.
Tədbir çərçivəsində Yulius Straumenin bütün Qafqazda, o cümlədən Azərbaycanda apardığı etnoqrafik tədqiqatlara həsr olunan “Zirvəyə gedən yolda” adlı sərgi açılıb. Sərginin ekspozisiyasını Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasından XIX əsrin sonu-XX əsrin əvvəllərinə aid 16 ədəd ənənəvi xalça məmulatı təşkil edir. Sərgidə yüksək bədii keyfiyyəti, özünəməxsus kompozisiyası və rəng çalarları ilə seçilən Qarabağ, Bakı və Şirvana aid çul, ləməqabağı, məfrəş, dəvəbəzəyi, cecim, duz torbası, qaşıqdan, xurcun, heybə, dəstərxan, corab, çanta olmaqla, ümumilikdə 16 eksponat nümayiş olunur. Sərgi müddətində həmçinin Şuşanın tarixi memarlıq abidələrindən ibarət foto-slayd təqdim edilir.
Azərbaycanın Latviyadakı səfirliyinin dəstəyi ilə baş tutan sərgi avqustun 25-dək davam edəcək.
Festivalın ilk günü “Divi Juliji. Virsotnes”/ “İki Yulius. Zirvələr” adlı beynəlxalq konfrans da keçirilib. Konfransda Azərbaycan Milli Xalça Muzeyinin Elmi tədqiqat və milli irsin qorunub saxlanılması şöbəsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən Əhmədova “Azərbaycan xalqının adət-ənənələrində və məişətində xalça məmulatları” mövzusunda çıxış edib. O, xalça məmulatlarının xalqımızın gündəlik həyatının ayrılmaz hissəsi olduğunu bildirib. Onların təkcə utilitar əşya deyil, gözəl bədii həllə, naxış sisteminə malik yüksək estetik zövq göstəricisi hesab olunduğunu diqqətə çatdırıb.
Konfransda Azərbaycan Milli Xalça Muzeyinin Elmi Şurasının üzvü, sənətşünaslıq üzrə elmlər doktoru, professor Kübra Əliyeva “Straumenin Azərbaycan yaradıcılığının beşiyi Şuşada fəaliyyəti” mövzusunda çıxış edib.
Burada həmçinin“Yulius Straumenin eskizlərində Qarabağ xalçaları”, “XX əsrin I yarısında toxuculuq məktəbləri”, “Yulius Madernieksin pedaqoji baxışları və prinsipləri” və s. mövzularda müxtəlif ölkələrdən olan mütəxəssislərin məruzələri dinlənilib. Sonda qarşılıqlı müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


Ковровые изделия из коллекции Азербайджанского национального музея ковра на выставке «На пути к вершине» в Латвии

28 июля в латвийском городе Гулбене состоялся VI Международный фестиваль искусств Divi juliji («Два Юлиуса»), организованный Гулбенским краевым историко-художественным музеем. Традиционный фестиваль посвящен памяти двух известных уроженцев этого города, художников и мастеров прикладного искусства – Юлиуса Мадерниекса (1870-1955) и Юлиуса Страуме (1874-1970).
В рамках мероприятия открылась выставка «На пути к вершине», посвященная этнографическим исследованиям Юлиуса Страуме на Кавказе, в том числе в Азербайджане. Экспозицию составили 16 традиционных ковровых изделий конца XIX – начала XX вв из коллекции Азербайджанского национального музея ковра. Это экспонаты, созданные в Карабахе, Баку и Ширване, отличающиеся высокими художественными качествами, уникальной композицией и цветовыми оттенками – чул (попона), лемегабагы (занавеска для полки), мафраш (ковровый сундук), украшение для верблюда, безворсовый ковер джеджим, мешок для соли, гашыгдан (мешочек для ложек), переметные сумы хурджун и хейба, скатерть-дастархан, джорабы, сумка. На выставке также демонстрируется слайд-шоу, посвященное историко-архитектурным памятникам Шуши. Выставка, проходящая при поддержке посольства Азербайджана в Латвии, продлится до 25 августа.
В первый день фестиваля состоялась международная научная конференция Divi juliji. Virsotnes («Два Юлиуса. Вершины»). Заведующая отделом научных исследований и сохранения национального наследия Азербайджанского национального музея ковра, доктор философии по искусствоведению Айтен Ахмедова выступила на конференции с докладом на тему «Ковровые изделия в традициях и быту азербайджанского народа». Она отметила, что ковровые изделия, являющиеся неотъемлемой частью повседневной жизни нашего народа, считаются не только утилитарными предметами – благодаря своему прекрасному художественному решению и орнаментальному строю они могут служить показателем высокого эстетического вкуса.
На конференции также выступила член Ученого совета Азербайджанского национального музея ковра, доктор искусствоведческих наук, профессор Кюбра Алиева с докладом на тему «Деятельность Страуме в Шуше, колыбели азербайджанского творчества».
Кроме того, на конференции были заслушаны доклады экспертов из разных стран на такие темы, как «Карабахские ковры в эскизах Юлиуса Страуме», «Школы ткачества в первой половине XX века», «Педагогические взгляды и принципы Юлиуса Мадерниекса» и др. В завершение конференции были проведены взаимные обсуждения, даны ответы на интересующие участников вопросы.
 

Carpet Products from the Collection of the Azerbaijan National Carpet Museum at the exhibition On the Way to the Summit in Latvia


On July 28th, the VI International Art Festival Divi Juliji was organized by the Museum of History and Art in Gulbene, Latvia. The traditional festival is dedicated to the memory of two well-known artists, Masters of Applied Art - Julius Madernieks (1870-1955) and Julius Straumen (1874-1970), who were born in this city.
Within the framework of the On the Way to the Summit exhibition, dedicated to the ethnographic research carried out by Julius Straumen through the Caucasus, including Azerbaijan, was opened. The exposition consisted of 16 traditional carpets of the late XIX – early XX centuries from the collection of the Azerbaijan National Carpet Museum. 16 exhibits belonging to Karabakh, Baku and Shirvan are featured. Those are chul, lamagabaghi, mafrash, jahaz, jejim, duztorbasi, gashigdan, khurjun, heyba, dastarkhan, jorab, chanta, distinguished by their high artistic quality, unique composition and colour shades. A photo-slide consisting of historical architectural monuments of Shusha is also demonstrated during the exhibition. The exhibition, held with the support of the Azerbaijani Embassy in Latvia, will last until August 25.
The first day of the festival Divi Juliji. Virsotnes /Two Julius the international conference was also held. At the conference, the Head of the Department for Scientific Research and Preservation of National Heritage of the Azerbaijan National Carpet Museum, PhD in Art Studies Ayten Ahmadova delivered a report on Carpet Products in the Traditions and Household of the Azerbaijani People. She noted that carpet products are an integral part of the daily life of our people and considered not only utilitarian items, but also an indicator of high aesthetic taste with a beautiful artistic solution and pattern system.
At the conference, member of the Scientific Council of the Azerbaijan National Carpet Museum, Doctor of Art Studies, Professor Kubra Aliyeva made a speech on Straumen's Activity in Shusha, the cradle of Azerbaijan's creativity.
Karabakh carpets in the sketches of Julius Straumen, schools of weaving in the first half of the XX century, pedagogical views and principles of Julius Madernieks and other reports of experts from different countries were delivered on the topics. At the end, mutual discussions were held, where the participants ' questions were answered.

Xebertime.az 
Xüsusi müxbir: Aygün Oqtay 


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ