SON DƏQİQƏ

“Yaradıcı Qadınlar” İctimai Birliyi qalib olmuşdur- FOTO

Tarix:1-09-2023, 01:13

“Yaradıcı Qadınlar” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2023-cü il üçün maliyyə yardımının alınması barədə elan etdiyi müsabiqədə "Aztəminatlı xanımlar üçün dekorativ tətbiqi sənət kurslarının (milli keramika və milli qurama) təşkili" mövzusunda iştirak etmiş və müsabiqənin qaliblərindən olmuşdur. Layihəninin əsas məqsədi Azərbaycan aztəminatlı xanımlar iki milli dekorativ-tətbiqi sənət növləri (milli keramika və milli qurama) kurslarını həyata keçirmək. Azərbaycanda incəsənətimizi inkişaf etmək, aztəminatlı xanımların iki milli dekorativ-tətbiqi sənət növləri (milli keramika və milli qurama) kurslarda əl işləri düzəltməyini öyrətmək. Milli suvenir kursları nəticəsində aztəminatlı xanımlar (faydalananları) təzə peşə öyrənib gələcəkdə milli əl işlərləri satıb maddi qazanc əldə etməyə şərait yaradır. Ölkədə turizm industriyasını əl işləri suveniri ilə təmin etməkdir. 
Layihə çərçivəsində təşkilatın yüksək dərəcədə rəssam-müəlimləri xüsusi təlim sistemi ilə kursları aparırlar. Kursda hər iki milli dekorativ- tətbiqi sənət növlərində (milli keramika və milli qurama) yuksək dərəcəli əl işləri suvenirləri hazırlamağı öyrədilir.  Kursda hər iki milli dekorativ- tətbiqi sənət növlərində (milli keramika və milli qurama) yuksək dərəcəli əl işləri suvenirləri hazırlamağı öyrədilir. Kursun sonunda Rəssamlar İttifaqının V.Səmədova adına Sərgi salonunda satış sərgisinin keçirilməsi nəzərdə tutulub. Sərgidə ən gözəl əl işlərin monitoring satış sərgisi nümayiş olunacaq və satılan işlərdən qazanc müəlliflərə veriləcəkdir. Layihənin müddəti 2 aydır. Sərgi 24 Avqustda təntənəli açılışı oldu , 1 Sentyabra  qədər davam edir.
 
"Yaradıcı Qadınlar" İctimai Birliyinin sədri Hüseynova Afaq Böyük-Ağa qızı
 
Müxbir : Aygün Oqtay 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ