SON DƏQİQƏ

"QAFQAZ AWARDS 2023" mükafatı sahiblərinə təqdim edilib- FOTOLAR

Tarix:8-09-2023, 21:58

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 2023 - cü ili HEYDƏR ƏLİYEV İLİ elan etməsi ilə əlaqədar respublikamızda genişmiqyaslı tədbirlər davam edir. Növbəti bir tədbir isə 2 sentyabr 2023-cü il tarixində Qəbələdə yerləşən "Qafqaz Riverside" Hoteldə “Legend Company” və “Çıxış Yolu” televiziya layihəsinin birgə təşkilatçılığı ilə həyata keçirildi. Mükafatlandırma  gecəsi Azərbaycanın dövlət himninin səslənməsi ilə açıq elan olundu, daha sonra torpaqlarımızın azadlığı uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalan oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Mükafatlandırma gecəsində şəhid ailə üzvləri, qazilər,   dövlətə və dövlətçiliyə xidmət göstərən ziyalılar, iş adamları, sənətkarlar, ictimai fəaliyyəti ilə fərqlənən müxtəlif peşə sahibləri iştirak edib. Artıq ikinci ildir həyata keçirilən 
"QAFQAZ AWARDS- 2023" mükafatlandırma gecəsinin layihə rəhbəri və  təşkilatçısı "Legend company" şirkətinın rəhbəri,   “Vetenperverlertv.az” xəbər portalının şöbə müdiri Əfsanə Nəbiyeva, qrafika və dizayn işlərinə rəhbərlik edən Orxan Behktaşdır. Gecənin aparıcısı tanınmış telejurnalist "Çıxış Yolu" sosial televiziya layihəsinin rəhbəri Nuranə Gülər idi .
"QAFQAZ AWARDS 2023" mükafatına  layiq görülənlər arasında şəhid Miqdad Abduləlimovun anası Tünzalə Abduləlimova, şəhid Rəşad Əliyevin həyat yoldaşı Mövlanə Əliyeva və atası Savalan Cəfərov, Vətən Müharibəsi  qazisi Ziyadxan Sultanov, millət vəkili Müşfiq Məmmədli, millət vəkili Razi Nurullayev, Azərbaycan Respublikası Baş prokurorluğunun Mərkəzi aparatının İdarə Prokuroru, ədliyyə müşaviri Məmməd Əliyev, və digər nüfuzlu şəxslər iştirak etmişdir.                           
Respublikanın Əməkdar artistləri  Rəhilə Bəndəliyeva, Elza Seyidcahan müğənnilər Əlikram Bayramov, Elxan Qaraxanoğlu, Vaqif Şıxəliyev, klarnet ifaçısı Zahid Qubadlı, “Qran Pri” mükafatçısı, gənc pianocu Ayan Məmmədli eləcə də bir çox sənət adamları öz ifaları ilə ziyafətə rəngarənglik qatdılar.                                                              
Xatırladaq ki, Qəbələ rayonunun təbiətinə xas havanın kəskin dəyişməsi ilə  güclü yağışın yağmasına baxmayaraq eyni ruhda, gözəl əhval-ruhiyyədə ziyafət və təqdimat davam etdirildi. Tədbirin yüksək səviyyədə keçməsinə görə
Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayevə, İcra hakimiyyəti başçısının müavini Arif Allahverdiyevə və İcra hakimiyyətinin digər nümayəndələrinə, Qəbələ rayon polis şöbəsinin rəisi polis polkovniki Fəxrəddin Abbasova, rəis müavini polis polkovnik- leytenantı İlqar  Haqverdiyevə, post patrul xidmətinin əməkdaşları Amil Abbasov və Ramin Xəlilova layihə rəhbəri adından təşəkkürümüzü bildiririk.          
"QAFQAZ AWARDS 2023" mükafatlandırma gecəsinin informasiya dəstəyi  “XeberTıme.az” Analitik İnformasiya Portalı və Vetenperverlertv.az xəbər portalına aiddir.
Təşkilati dəstək üçün "SAVALAN ASPİ WINERY AZERBAIJAN"a xüsusi təşəkkürlər, təşkilati dəstək üçün "YAZ YAĞIŞI" gül və dekor evinin rəhbərləri Namiq Abdullayevə və Elvin Abdullayevə,"KAMALOĞLU" şirniyyat evinə, "ÇIXIŞ YOLU" sosial televiziya layihəsinin rəhbəri Nuranə Gülərə təşəkkür edirik. Eyni zamanda "QAFQAZ RİVERSİDE", "CİTY OTEL","TAC REKLAM"şirkətinə də təşəkkürlər bildiririk. XeberTİME.AZ adından
"QAFQAZ AWARDS- 2023" mükafatına layiq görülən bütün ziyalıları və ictimai xadimləri  təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq. 


Yeganə Telmanqızı                                   
XeberTıme.az  

 








                   

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ