MömünəXatun türbəsini, Əlincə qalanı, Qarabağlar türbəsini sosial şəbəkədən yox, canlı olaraq görmək insana zövq verir.” Yaponyalı turist belə dedi.
Ulduz Turizm Xidmətlərinin təşkilatçılığı ilə "Naxçıvanı tanıyaq" adı altında 50 nəfər yaponiyalı turistin Naxçıvana ikigünlük səfəri təşkil edilib. Səfər çərçivəsində qonaqlar Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərində ucaldılan abidəsini ziyarət edib və Heydər Əliyev Muzeyi ilə tanış olublar. Qonaqlara Ulu Öndərin Azərbaycan va Yaponiya arasında dostluq münasibətlərinin formalaşmasında və inkişafındakı rolu barədə məlumat verilib, muzeydə görkəmli dövlət xadiminin Yaponiyanın imperatoru və baş naziri ilə görüşündən fotoların nümayiş etdirildiyi vurğulanıb. Turistlər gəzintinin birinci günündə Möminə xatın türbəsi, "Əshabi-Kəhf" Dini-Mədəni Abidə Kompleksi, Qarabağlar türbəsinə, ikinci günündə isə Əlincə qalaya yürüş ediblər. İki gün ərzində turistlər yrrli mediya orqanları tərəfindəndə müşahidə olunub. Onlar televiziya və mətbuat orqanlarına müsahibələr veriblər.
Taro Sawada "TET International Development" LLC şirkətinin prezidenti və icraçı direktoru: Artıq 6-cı ildir, Azərbaycana gəlib-gedirəm. Naxçıvana səfərim artıq üçüncüdür. Naxçıvanın təbiəti, coğrafiyası, tarixi-mədəni abidələri, milli mətbəxi, kənd təssərüfatı məhsulları mənim diqqətimi cəlb edir. Burada insanlar çox mehriban, qonaqpərvər və vətənpərvərdilər. "TET International Development" LLC şirkəti Ulduz Tur Xidmətləri MMC ilə müqavilə bağlayaraq artıq ikinci dəfədir ki, Yaponyadan Naxçıvana gəlmək, Naxçıvanın qədim tarixi, mədəniyyəti ilə tanış olmaq istəyən vətəndaşların turunu təşkil edir. Mən Naxçıvan haqqında ilk təqdimatı tur bələdçimiz Ulduz xanımdan eşitmişəm. O, təqdimatdan sonra Naxçıvan məni sanki özünə çəkdi və mən bu qədim diyarın tarixi mədəniyyəti ilə maraqlanmağa başladım. Daha çox insanın bu yerlərin gözəlliyni görməsini istədim. Biz ötən il Naxçıvana 15 nəfər yapon vətəndaşı ilə gəlmişdik. Bu il isə onların sayı 50 olub. Gözəllikləri görmək, digər xalqların tarixi, mənəvi dəyərləri ilə tanış olmaq, Mömünə Xatun türbəsini, Əlincə qalanı, Qarabağlar türbəsini sosial şəbəkədən yox, canlı olaraq görmək insana zövq verir.
Yoko Ishizone: - Kanaqava prefekturasından gəlmişəm. Səyahət yazarı kimi fəaliyyət göstərirəm. Azərbaycanın gözəl yerləri ilə tanış olmuşam. Bakı, Şəki, Zaqatala və sair bu sıradadır. Naxçıvana ikinci səfərimdir. Naxçıvanın yüksəklikləri, detallı şəkildə tikilmiş binaları və mənzərələri çox gözəldir. Heydər Əliyev Muzeyini, Möminə xatın türbəsini, Əshabi-kəhfi ilk səfərimdə də ziyarət etmişdim, lakin hər dəfə Naxçıvanın tarixi abidələri, ziyarətgahları haqqında yeni bir məlumat əldə edirəm. Bu gəzintimizdə uşaqlarda var. Naxçıvanın gözəlliklərini onlarda gördü. Bu böyük mənəvi qidadır. Onlar gələçəkdə Naxçıvan haqqında danıçanda xoş xatirələrlə danışacaqlar.
Shiga Hiromoto: - Yaponiyanın Tokio şəhərindən gəlmişəm. Azərbaycana ilk səfərimdir. Adını eşitdiyim bu ölkəyə gəlişimdə buranın mədəniyyəti, mətbəxi və eyni zamanda kənd təssərüfatı məhsulları mənim diqqətimi cəlb etdi. Çalışacağıq ki, Naxçıvan məhsullarım Yaponiyada satışını təşkil edək, sərgilərdə iştirakı təmin edək və gələcəkdə Naxçıvan-Yaponiya arasında ticarət əlaqəsi quraq. Azərbaycanlılar çox mehribandırlar, bunu hiss etdim. Səfərimizin davamı olaraq mədəniyyət abidələrini gəzib, ölkənin nə qədər qədim tarixə malik olduğunu görəndə ürəyimdə döyüntüləri hiss etdim. Naxçıvanda Heydər Əliyev Muzeyini gəzəndə bu dahi siyasətçinin xidmətləri nəticəsində ölkənin inkişaf etməsinə təəccübləndim, ona görə ki, bu dahi lider mümkün olmayan bir şeyi gerçək edə bilib. Naxçıvanın qədim abidələri məndə böyük təəssürat yaratdı. Düşünürəm ki, bundan sonra da Azərbaycana səfərlərimi artıracağam. Buranın mədəniyyətini, tarixini çalışacağam ki, daha mükəmməl öyrənim.
XeberTıme.az