SON DƏQİQƏ

Eldən gedən xanım. ….Adam kimi adam

Tarix:29-09-2023, 12:00

Mən bu gün sizə bir xanım haqqında danışmaq istəyirəm. Həmin o xanım ki, ölümü ilə hamını şoka saldı. Bütün dostlarını, xalqını,onu sevənləri kimsəsiz gözüyaşlı qoyub getdi. Boş yerə kimsəsiz demədim. Çünki, həmin o xanım evdən yox eldən getdi. Bu xanım Milli Məclisin mədəniyyət komitəsinin sədri, millət vəkili, jurnalist, şairə Qənirə Paşayevadır. Mən sizə bu gün o xanım haqqında danışmaq istəyirəm. Qənirə Paşayeva təkcə Azərbaycanın deyil bütün türk dünyasının haqq hayqıran səsi idi. Heç yadımdan çıxmaz bir dəfə kanalların birində Erməni millət vəkilini dediyi sözlər ilə susdurmuşdu: Nə sizin dininizdə İsa nədə bizim dinimizdə Məhəmməd öldürməyi deməyib. Amma siz Xocalıda qətliam törədib günahsız insanları öldürmüsüz. Amma tez bir zamanda bunun intiqamını sizdən alacağıq. Erməni həmkarı onun bu sözlərini gülərək qarşılayırdı. Amma Qənirə xanım gülmür ona hər dəfə soyuqqanlılığlacavab verirdi. O, təkcə millət vəkili deyil həmdə xalqın səsini eşidən onlara kömək edən  insan idi. Şəhid analarına mən sizin Qənirə qızınızam, qazilərin isə Qənirə bacısıyam demişdi. O bu dünyadan heçnə aparmadı özünün dediyi kimi mən gedəndə paltarımıda, qulağımdakı sırğalarımı, boynumdakı boyunbağımıda bu dünyada qoyub gedəcəm. Hətta məni torpağa qoyandan sonra hamı oranı tərk edəcək. Yalnız bir şey qalacaq bir il, iki il, hətta üç il, illər keçəndən sonra səni yad edəndə desinlər ki, Adam kimi adam idi. Bax bu sözü eşitdiyim anda bir şey düşündüm bu cür nüfuzu olan bir insan deyir məni yad edəndə millət vəkili deyildə adam kimi adam deyib yad etsinlər. Əslində bu sözün özündə böyük bir məna var. Ölümündən öncə vəsiyyət yazaraq lazım olan orqanlarımı ehtiyacı olan xəstələrə bağışlayıram. Ölümdən sonrada həmişə olduğu kimi kimlərinsə həyatını qurtarmağa, kimlərəsə kömək etməyə çalışdı təbii ki, həmişə olduğu kimi. Mən ölsəm ağlamayın, artıq bəsdi göz yaşı tökdük deyirdi. Ən böyük arzusu Qarabağın işğaldan tam azad olunmasını, Xocalının intiqamının alınmasını onun azad olunmasını görmək idi. O, bəlkə də arzusuna çatdı amma görə bilmədi. Çünki həmin vaxt komada idi. Bəlkə də bu müjdəli xəbərləri  mən sizin bacınızam deyən şəhidləri qardaşları verdi. Bəlkə də bu dünyadan nakam getmədi. Əksinə arzusuna çataraq getdi. Qənirə xanım dediyin kimi indi Azərbaycan bayrağı Xocalıda, Xankəndində, Xocavənd və Ağdərədə bütün Qarabağda dalğalanır. Bu xalq səni heç bir zaman unutmayacaq. Bu xalqın sən həmişə yaddaşlarında bacı, qız və xanım kimi yaşayacaqsan. Allah sənə rəhmət eləsin........
                       
Müəllif: Ənvər Məmmədov
Gənc aktyor

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ