SON DƏQİQƏ

Nuranə Şıxəliyevanın “Qısa ömrün xatirələri”adlı kitabının təqdimatı keçirildi

Tarix:30-09-2023, 22:46

Azərbaycan Respublikası Prokurorluq Orqanlarında fəaliyyət göstərən mərhum Xanoğlan Şıxəliyevin 66-cı il dönümünə həsr olunan “Qısa ömrün xatirələri”-adlı kitabın təqdimatı keçirilib. 
“Əsgərə Xatirə Kitabı”-layihəsinin müəllifi və rəhbəri Nuranə Xanoğlan qızı Şıxəliyevanın   təşkilatçılığı ilə 29 sentyabr 2023-cü il saat 17.00-da Xətai rayon Yeni Azərbaycan Partiyasının inzibati binasında Azərbaycan Respublikası Prokurorluq Orqanlarında fəaliyyət göstərən mərhum Xanoğlan Şıxəliyevin həyat yolunu əbədiləşdirməyə xidmət məqsədi ilə onun xatirəsinə həsr edilən “Qısa ömrün xatirələri”-adlı kitabın təqdimatı keçirilib.
Tədbir iştirakçıları  ilk öncə Ulu Öndər Heydər Əliyevin,torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının - şəhidlərimizin və kitabın baş qəhrəmanı mərhum Xanoğlan Şıxəliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmiş, tədbiri Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan etmişlər. 
Tədbirdə Dövlət rəsmiləri,millət vəkilləri,prokurorluq işçiləri,din xadimləri,mədəniyyət və incəsənət işçiləri,rəssamlar,yazıçılar, iş adamları,Şəhid ailələri və qazilər,mərhumun yaxın dost və qohumları fəxri qonaq qismində iştirak ediblər.
Tədbiri giriş sözü ilə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı və mərhumun yaxın dostu Bəxtiyar Sadıqov açaraq, Xanoğlan Şıxəliyevin Azərbaycan Respublikası Prokurorluq Orqanlarında etdiyi xidmət və mövqeyinin əhəhmiyyətindən danışmış, onu bir dost,ədalətli bir prokuror və işini sevən əsl haqq adamı kimi xarakterizə etmişdir.
Daha sonra isə fəxri qonaqlar olan Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Arzu Nağıyev,Hikmət Babaoğlu,Cəbi Quliyev,Jalə Əhmədova,İlahiyyatçı-din xadimi Hacı Surxay Məmmədli,Hüquqşünas və mərhumun qudası Hacı Mirmehdizadə,Prokurorluğun   sabiq fəxri işçisi Zahid Vəliyev,Azərbaycan Respublikasının xalq artisti Afaq Bəşirqızı, Azərbaycan Respublikasının xalq rəssamı Arif Hüseynov,Bakı şəhər Prokurorluğu   DİO-nun İstintaq,təhqiqat və əməliyyat-axtarış qanunlarının icrasına nəzarət İdarəsinin Prokuroru-mərhumun oğul övladı Müşfiq Şıxəliyev,Azərbaycan Respublikasının Xalq şairi Vahid Əziz,Əməkdar müəllim Nizami Şıxəliyev çıxışlarında Xanoğlan Şıxəliyevin həyat yolu və yaddaşlardakı izinə münasibət bildirərək, mərhum prokurora həsr olunan kitabın ictimaiyyətə təqdim edilməsini tarixi əhəmiyyətə malik çox mühüm bir   hadisə olduğunu qeyd ediblər.
Tədbirdə iştirak edən Azərbaycan Respublikası Baş Prokurorluğunun təmsilçisi Murad Əliyev çıxışı zamanı Baş Prokuror Kamran Əliyevin kitabın işıqlandırılması və ictimaiyyətə təqdim olunması ilə bağlı təbrikini mərhumun ailəsi və yaxınlarına çatdırmış,prokurorluq orqanlarında əvəzsiz xidməti olan veteran prokurora dərin hüzn və baş sağlığını bildirmişdir.
Sonda mərhumun iş yoldaşları, yaxınları və davamçıları öz ürək sözlərini böyük qürur eyni zamanda kədər hissi ilə bölüşdülər.
Mərhumun qızı,Kitabın müəllifi Nuranə Şıxəliyeva qeyd edərək bildirdi ki, Hər kəsin bir ömür yolu var.O yol uzandıqca yaşananlar xatirələrə çevrilir,yaddaşa köçür.Çevrilib geri baxanda yaddaşı vərəqlədikcə özünü tanımağa başlarsan.Evinin,ailəsinin deyil,el-obasının,xalqının ziyalısına,Atasına,ictimai xadiminə çevriləndə daha çox tanınırsan.İctimai simaya çevrilib,söz ünvanı,güman yeri olanda xalqına xidmət etmiş olursan. Səlahiyyətin çərçivəsində kiməsə dayaq, arxa ola bilirsənsə, əl uzatmağı bacarırsansa, odur sənin şəxsiyyətin, odur sənin kimliyin, əməllərin, addımların. Demək ki, bu dünyada ömrünü yalnız özün üçün deyil, başqalarını da düşünərək yaşamısan. Eləsinə deyirlər ki, “elin adamı”, “Allah adamı”,Vətənin övladı...
Xanoğlan Şıxəliyev xatırlandıqca,bizlər onu yad etdikcə Xanoğlan müəllim bizimlə yaşayır,onun ideyaları,xoş əməlləri,canı qədər sevib xidmət etdiyi Azərbaycan dövləti və dövlətçiliyimiz möhkəmlənir,inkişaf edir. 

Allah Xanoğlan Şıxəliyevə Rəhmət etsin!
Nur içində yatsın!!! 


XeberTıme.az  

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ