SON DƏQİQƏ

Beynəlxalq Qalereyanın rəsmi tərəfdaş olduğu Beynəlxalq ART Klubla birlikdə onlayn sərgi təşkil olunub- FOTO

Tarix:8-10-2023, 14:46

5 Oktyabr Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş Beynəlxalq   Qalereyanın rəsmi tərəfdaş olduğu Beynəlxalq ART Klubla birlikdə onlayn sərgi  təşkil olundu.
Sərginin diplomları, sertifikatları  iştirak edən rəssamlara və informasiya dəstəyinə görə bir sıra media nümayəndələrinə  təqdim olundu. Tədbiri giriş sözü ilə açan Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova 5 Oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimləri təbrik edib şərəfli peşələrində nailiyyətlər arzuladı . Beynəlxalq Qalereya olaraq məqsədləri xarici ölkələrdə olan qalereyalar, art klublarla , incəsənət mərkəzləri ilə əlaqələr qurub Azərbaycan rəssamlarının və sənət əsərlərinin tanıdılmasıdır. 
Təqdimatda müxtəlif məktəb və tədris mərkəzlərinin müəllim və   tələbələri iştirak edirdilər . FR ART Studiyanın rəhbəri Fidan Rüstəmzadə, ART School by Rufana rəsm kursunun rəhbəri Rüfanə Dünyamalıyeva,   ST ART Studionun rəhbəri Tünzalə Qurbanova,   RF ART Studionun rəhbəri Rəsmiyyə Mahmudova, Unikids klubun müəllimi Ləman Əliyeva, Radian və Erudit Tədris İnkişaf Mərkəzlərinin müəllimi Gövhər Məmmədova, Asudə Vaxt  Mərkəzinin müəllimi Fərəh Babayeva,Tamerlan Art Studionun rəhbəri Tamerlan Məmmədov, Elmira ART Studionun rəhbəri Elmira Həsənova,  English for kids ABS School  tədris mərkəzinin müəllimi Arzu Məmişova, EDU Grata tədris mərkəzinin müəllimi Şəbnəm Nəbiyeva ,Smart Kidds və Ziya tədris mərkəzlərinin müəllimi Könül İbrahimova , Aytən Art Studionun rəhbəri Aytən Həbibullayeva, Həyat Tədris mərkəzinin rəhbəri Həyat Şirvanova, Cəbrayıl rayon Qovşudlu kənd tam orta məktəbin müəllimi Tofiqə Əliyeva tələbələri ilə iştirak edirdilər. 

Müxbir: Aygün Oqtay 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ