SON DƏQİQƏ

Zəngilanda Rəssam Etüdü- FOTOLAR

Tarix:19-10-2023, 22:33

15 Oktyabr Beynəlxalq Qalereyanın tərəfdaş   olduğu Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə 40 nəfərlik rəssam heyəti Zəngilanda etüd həyata keçirdi. Rəssamlar Ağalı kəndində oldular həm yeni , möhtəşəm Ağalı kəndini və əvvəlki dağıdılmış Ağalı kəndini gördülər və təəssüratlarını kətan üzərinə köçürdülər. Beynəlxalq Qalereyanın direktoru, etüd rəhbəri Elnurə İsgəndərova 40 nəfərlik rəssam heyətinin böyük həvəslə Zəngilana gəldiklərini və onların gözündə əks olunub kətana köçürülən tarixi anı əks etdirən əsərlərin izləyicilərin böyük marağına səbəb olacağını bildirdi. Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin sədri Mətanət Əsgərqızı layihənin mahiyyətindən geniş söhbət açdı, ərsiyə gələcək əsərlərin yaxın günlərdə Bakıda açıq hava altında sərgilənəcəyini bildirdi. Xatırladaq ki, rəssam heyəti üçün səhər yeməyi, nahar və   şirniyyatla çay süfrəsi təşkil edilib . Sonda rəssamlar çəkdikləri etüdlərə görə diplomla təltif olundular.  Xatirə fotoları çəkildi.  
Müxbir: Aygün Oqtay  

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ