SON DƏQİQƏ

"Heydər Əliyev müstəqilliyimizin və dövlətçiliyimizin banisidir" adlı tədbir keçirilib-FOTO\VİDEO

Tarix:20-10-2023, 21:09

Ana Vətən Partiyasının Abşeron rayon təşkilatının təşəbbüsü ilə "Heydər Əliyev müstəqilliyimizin və dövlətçiliyimizin banisidir" adlı tədbir keçirilib.

19 Oktyabr 2023 - cü ildə Ana Vətən Partiyasının Abşeron rayon təşkilatının təşəbbüsü və Abşeron rayon İcra Hakimiyyətinin təşkilatı dəstəyi ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev müstəqilliyimizin və dövlətçiliyimizin banisidir" adlı tədbir təşkil olundu. Rəsmi və bədii hissələrdən ibarət olan tədbir Abşeron rayon Mədəniyyət Mərkəzində keçirildi. İlk öncə Xırdalan şəhərində Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olundu.



Ana Vətən Partiyasının Mərkəzi Aparatının əməkdaşları, Ana Vətən Partiyasının Abşeron rayon təşkilatının üzvləri, rayon ictimaiyyətinin nümayəndələri, Abşeron rayon məktəbliləri, səhiyyə, təhsil işçiləri, idman idarəsinin və Yanardağ Dövlət Qoruğunun əməkdaşları tədbirdə iştirak etdilər. 
Tədbir iştrakçılarına Ümummilli Lider Heydər Əliyevin dövlətçilik və suverenliyimizin əldə olunması, möhkəmləndirilməsi istiqamətində misilsiz xidmətlərini özündə əks etdirən sənədli film

təqdim olundu.


 

Tədbir iştrakçıları Abşeron rayon məktəblilərinin əl işlərindən ibarət rəsmlərlə tanış oldular.
Tədbirdə Ana Vətən Partiyasının Abşeron rayon təşkilatının sədri, Abşeron rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvü Elçin Quliyev, Ana Vətən Partiyası sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə, Ana Vətən Partiyası Abşeron rayon təşkilatının sədr müavini Nuranə Gülər, II Vətən Müharibəsi Şəhidi İsmayıl Mehdiyevin anası Natəvan Mircəfərova, I Qarabağ Müharibəsi Şəhidi Bünyadəli Pələngovun qardaşı, APU - nun professoru Əbülfət Pələngov, II Vətən Müharibəsi qazisi Vidadi Əliyev, Mehdiabad 1 saylı məktəbin 11 - ci sinif şagirdi Nəzrin Haqverdiyeva çıxış etdilər.
 
 
XeberTıme.az 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ