SON DƏQİQƏ

"Yaşa Azərbaycan" adlı qrup sərgisi təşkil olunub-FOTOLAR

Tarix:20-10-2023, 21:53

13 Oktyabr Beynəlxalq Qalereyada layihə rəhbəri və təşkilatçısı Aygün Əzizovanın olduğu  El ART Studionun tələbələri ilə Qarabağ zəfərinə həsr olunmuş "Yaşa Azərbaycan" adlı qrup sərgisi təşkil olundu. Sərgidə El ART Studionun rəhbəri Elnara İsgəndərovanın 44 tələbəsinin Qarabağ mövzusunda müxtəlif texnikalarda işlənən əsərləri sərgilənirdi. Əsərlər tamaşaçılar tərəfindən maraqla qarşılandı . Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova  uşaqların zəfər sevincini kətana köçürmələri çox təsirli və uğurlu məqamdır . Əsərlər hamısı bir-birindən maraqlıdır. El Art Studionun rəhbərinə və tələbələrə uğurlar arzuladı və həmişə əməkdaşlığa hazır olduqlarını bildirdi. Sonda iştirakçılar diplomla təltif olundular və xatirə fotoları çəkildi.
Müxbir: Aygün Oqtay 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ