SON DƏQİQƏ

Qarabağ Etüdləri- FOTO

Tarix:24-10-2023, 22:58

22 Oktyabr Beynəlxalq Qalereyada tərəfdaş olduğu "Əsgər Ailələrinə Dəstək" İctimai Birliyinin  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dəstəyi Agentliyinin dəstəyi ilə Türk Dünyasının Mədəniyyət Paytaxtı - Şuşa yeniyetmə, gənclərin gözü İlə rəsmlərdə" mövzusunda rəsm müsabiqələrinin və görüşlərin  təşkili layihəsinin yekunu - sərgi təşkil olundu. 
Layihə əsasında 40 rəssam Zəngilan rayonunun Ağalı kəndində oldu.  Yeni Ağalını və köhnə Ağalını gördülər və kətan üzərinə köçürüb möhtəşəm rəsm əsərləri ərsəyə gətirdilər. Həmin əsərlər də sərgidə nümayiş olundu. 


Sərgini giriş sözü ilə açan "Əsgər Ailələrinə Dəstək" İctimai Birliyinin sədri Mətanət Əsgərqızı layihənin uğurla yekunlaşmasında dəstək olan Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərovaya, etüd rəhbəri Aygün Əzizovaya və layihədə iştirak edən 40 nəfərlik rəssam heyətinə təşəkkür edib gələcək işlərində də uğurlar arzuladı. 


Çıxışında Beynəlxalq Qalereyanın direktoru Elnurə xanım layihənin iştirakçısı olan rəssamların 30 illik həsrətdən sonra azad olunmuş rayonlara həsr olunmuş əsərləri həvəslə işlədiklərini və layihənin uğurla yekunlaşmasını qeyd etdi. 
Sonda rəssamlar sərginin  diplomları ilə təltif olundular və xatirə fotoları çəkildi. 




Müxbir: Aygün Oqtay

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ