SON DƏQİQƏ

“Çıxış Yolu” sosial TV layihə səkkizinci mövsümünə start verdi- FOTO

Tarix:27-10-2023, 00:21

Kanal S tv-də yayımlanan “Cıxış Yolu” sosial TV layihəsi bu gün səkkizinci mövsümünə start verdi.                                        
Böyük komandası olan “Çıxış Yolu” verlişi ekspertlərlə birgə bu illər ərzində minlərlə aztəminatlı, etiyaclı ailələrin, valdeynlərini itirmiş uşaqların dərdinə şərik olaraq onların problemlərin həllinə çalışaraq əlindən gələn qədər maddi, sosial, hüquqi, mənəvi, və digər  köməkliklərini göstərib. Yeni mövsümdə “Cıxış Yolu” sosial TV layihəsi bir sıra yeniliklərlə bu mövsüm yüzlərlə ailəni sevindirəcək.  Xatırladaq ki, verlişin ekspertləri millət vəkilləri, hüquqşünaslar, vəkillər, müəllimlər, Qarabağ qaziləri, professorlar, akademiklər, fəal ictimai birliyin rəhbərləri və üzvüləri, media nümayəndələri, iş adamları, iş xanımları, həkimlər, aktyorlar, Azərbaycanda öz sözün demiş bir sıra ziyalılardır.                                                             
Bizdə “XeberTıme.az” Analitik İnformasiya Portalı olaraq Kanal S tv-də yayımlanan “Cıxış Yolu” sosial TV layihəyənin  aparıcısı Nuranə Gülərə, Kanal S tv-nin rəhbərliyinə eləcədə  verlişin bütün komandasına, texniki heyyətə, “Çıxış Yolu” ailəsinə sağlam həyat, bol-bol uğurlar, nailiyyətlər arzulayırıq.   
Sonda hər zaman bizimlə olan dostlarımızdan biri “Sufle” şirniyyat evinin göndərdiyi tort kəsildi, xatirə fotolar çəkildi.                                                       

Yeganə Telmanqızı 
XeberTıme.az 




                   

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ