SON DƏQİQƏ

Hellouinə həsr olunmuş onlayn sərgi keçirilib - FOTO\VİDEO

Tarix:4-11-2023, 01:16

“World Art Club” və Beynəlxalq Qalereyanın birgə təşkilatçılığı ilə Hellouin mərasiminə həsr olunmuş onlayn sərgi keçirilib. 
“World Art Club”un facebook səhifəsi vasitəsilə keçirilən onlayn sərgidə Azərbaycan, Türkiyə, Argentina, Bosniya, Meksika, Hollandiya, İran və Hindistandan olan rəssamlar iştirak edib. Rəssamlar 30 oktyabr tarixədək Hellouin mövzusunda hazırladıqları rəsmləri virtual formatda nümayiş etdiriblər. Azərbaycandan olan iştirakçılara sertifikatların təqdim olunması məqsədilə sərginin ölkəmizdən olan tərəfdaşı Beynəlxalq Qalereyanın ofisində mərasim keçirilib. Tədbirdə çıxış edən Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova onlayn formatda keçirilən sərgidə bir neçə ölkəni təmsil edən rəssamların birgə fəaliyyətinin uğurlu olduğunu bildirib. Rəssamları gün ərzində müxtəlif  Holliven personajların qrimin Arzu Məmişova , Tofiqə Əliyeva, Könül İbrahimova günün qrim rəssamları olaraq uğurlu həyata keçirdilər.Onlayn tədbirin müxtəlif ölkələrdən olan rəssamların tanışlığına, əsərlərinin xarici auditoriyada tanıdılmasına imkan verdiyini diqqətə çatdırıb. Belə beynəlxalq sərgilərin xüsusilə gənc rəssamların yaradıcılığına müsbət təsir etdiyini, onların fəaliyyətinə stimul verdiyini qeyd edib.
Tədbirin sonunda əsərləri onlayn sərgidə nümayiş olunmuş rəssamlara sertifikatlar təqdim olunub.
 
Xebertime.az 
Xüsusi müxbir: Aygün Oqtay
   


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ