Noyabrın 5-də Beynəlxalq Qalereyada Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunu, qrafik- dizayner, memar, Cabrayıllı rəssam Həsənzadə Ləman Arif qızının "Cəbrayıla gedən yol" adlı ilk fərdi yaradıcılıq sərgisi təşkil olundu. Sərgidə rəssamın müxtəlif texnikalarda və qrataj üslubunda əsərləri nümayiş olundu.Sərgidə Cəbrayıl rayonun Millət Vəkili Ceyhun Məmmədov da iştirak edirdi. Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova və sərgidə iştirak edən hər kəs Ləman xanımın əsərlərindəki vətən sevgisini, fəlsəfi düşüncələri çox təqdirəlayiq hesab etdilər. Gənc rəssama bundan sonrakı fəaliyyətində uğurlar arzuladılar.Sərgidə rəssamın 25 ədəd Qrataj üslubunda işlənmiş əsəri sərgilənirdi . Sonda xatirə fotoları çəkildi.
Xebertime.az
Müxbir: Aygün Oqtay
Fotoqraf: Ramin Qurbanov