Noyabr ayının 2-də Akademik Zərifə Əliyeva adına liseydə təsviri incəsənət müəllimi Təranə Əhmədovanın təşəbbüsü ilə şagirdlər arasında "Zəfərin rəngi" adlı sərgi müsabiqə təşkil olundu. Sərgidə münsif heyəti və fəxri qonaq olaraq Xalq rəssamı, professor, ARİ-nin sədr müavini Ağaəli İbrahimov və Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova iştirak edirdi. Akademik Zərifə Əliyeva adına liseyin direktoru Fərqanə İsayeva qonaqları salamlayıb , Qarabağ zəfərinə həsr olunmuş sərginin mahiyyətindən danışdı . Xalq rəssamı Ağaəli İbrahimovla şagirdlərin görüşü olduqca maraqlı oldu. Ağaəli müəllim şagirdlərə öz tövsiyələrini verdi. Müsabiqə iştirakçıları diplom və hədiyyələrlə təltif olundular. Sonda xatirə fotoları çəkildi. Tədbir çay süfrəsi arxasında qonaqlarla səmimi söhbətlə davam etdi.
Xebertime.az
Xüsusi müxbir: Aygün Oqtay