SON DƏQİQƏ

8 Noyabr - Zəfər Gününə həsr olunmuş "Qayıdış " adlı sərgi - tədbir keçirilib- FOTOLAR

Tarix:9-11-2023, 00:31

7 noyabr 2023-ci il tarixində  Yasamal rayon Heydər Əliyev Mərkəzi və Beynəlxalq Qalereyanın birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş "Qayıdış " adlı sərgi - tədbir keçirildi. 
Yasamal rayon Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova sərgi - tədbirdə iştirak edən qonaqları və məktəbliləri salamlayıb sərginin mahiyyətindən danışdı. Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova sərgiyə rəssamların həvəslə hazırlaşdıqlarını söylədi. Sərgidə 25 rəssam müxtəlif texnikalarda işlənmiş əsərləri ilə iştirak edirdi. Sərgi-tədbirdə Yasamal rayon Əmək, Müharibə, Silahlı Qüvvələr və Hüquq Mühafizə Orqanları veteranları şurasının sədri Vaqif Məmmədov, ehtiyyatda olan polkovnik Adil Haqverdiyev,. fəxri qonaq qismində iştirak edirdilər. Sonda rəssamlar diplomla təltif olundular və xatirə fotoları çəkildi. 
 
Xebertime.az 
Xüsusi müxbir: Aygün Oqtay 


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ