SON DƏQİQƏ

"Türk övladıyıq" adlı tədbir keçirildi- FOTOLAR

Tarix:10-11-2023, 00:48

Noyabrın 4 de Gəncliyə Yardım Fondunun nəzdində  Ümumilli Liderimiz Heydər Əliyevin və Türkiyə Cumhuriyyətinin 100 illiyi ilə Zəfərimizin 3-cü ildönümünə həsr olunan "Türk övladıyıq" adlı tədbir keçirildi. 
Tədbirdə Azərbaycan Tibb Universitetinin Normal Fiziologiya kafedrasının müəllimi, biologiya üzrə fəlsəfə doktoru, həkim, şairə Mehri Seyidbəylinin "Zəfərin mübarək" və "Ağ xalatlı qəhrəmanlar" adlı şeir kitablarının, şairənin sözlərinə bəstələnmiş " Şəhid həkimlər", "Miras" və "Türk övladıyıq" adlı mahnıları iştirakçılara təqdim edilərək, şəhid həkimlərin xatirəsini yad edən videoçarx numayiş edildi və zəfərimizə həsr olunan şeirlər səsləndi. 
Qeyd edim ki, "Türk övladıyıq" adlı mahnının musiqisi də Mehri Seyidbəyliyə aiddir.
Mehri Seyidbəyli 1992-cı  ildə Tibb Universitetinin pediatriya fakultəsinin məzunu olmuşdur.
Mahnıları Azərbaycan Respublikasının Əməkdar artisti, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Milli Konservatoriyanın dosenti Gülustan Əliyeva və “Vetənpərvərliyin təbliği” ictimai birliyin sədr müavini bəstəkar Fərahim Sadiq tərəfindən təqdim edilmişdir. 


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ