SON DƏQİQƏ

Ağcabədidə 8 noyabr “Zəfər Günü” xüsusi qeyd edilib - FOTOLAR\VİDEO

Tarix:13-11-2023, 03:01

Möhtəşəm qələbəmizdən artıq 3 il keçir, respublikamızın hər yerində, olduğu kimi doğma Ağcabədiddə 8 noyabr Zəfər Günü  xüsusi qeyd edilib. 
Zəfər Gününə həsr olunmuş tədbir günün ikinci yarısında da davam etdi.                           
Öncə Ulu Öndər Heydər Əliyevin əzəmətli abidəsi ziyarət olunaraq, önünə tər çiçəklər düzüldü.

Ziyarətçilər sonra torpaqlarımızın azadlığı uğrunda  canından, qanından keçən vətən oğullarının uyduğu Ağcabədi Qəhrəmanlar Parkında şəhidlərin məzarları ziyarət olunaraq, məzarların üstünə tər güllər düzdülər onların xatirəsini ehtiramla yad edildi. 




Tədbirin keçirildiyi Heydər Əliyev adına mədəniyyət və istirahət parkında da Ümummilli Liderin büstü ziyarət olunduqdan sonra Zəfər Gününə həsr olunmuş geniş bayram konsertinə start verildi.

 
Tədbirdə rəsmi nümayəndələr, rayon ictimaiyyəti, şəhid ailələri, Qarabağ qazilər, müharibə iştirakçıları, media nümayəndələri iştirak edirdilər. 
Konsert proqramında ifa olunan bir-birindən gözəl, rəngarəng mahnılar, rəqslər tədbir iştirakçılarında xoş ovqat yaratdı. Yerli musiqiçilərlərə yanaşı, tədbirin musiqili qonaqları  Heydər Əliyevin 100 illik yubiliyinə  həsr etdiyi “Əsərindir Azərbaycan” layihəsinin müəllifi, Şüşada doğulub Ağcabədidə böyüyən Elnarə Rza, muğam müsabiqəsinin qalib və iştirakçıları Ramiq Bayramov, Xəyalə Qafarzadə və Gülzar Fərəcova idi. 


Yekunda sənətci, Şüşanə ləqəbli Elnarə Rzanın “Azərbaycan” və yerli müğənnilərin qrup şəklində “Qarabağ Azərbaycandır!” adlı mahnısını sədaları altında atəşfəşanlıq tədbirə xüsusi rəng qatdı. 



Tədbir Aran qəzetinin nəzdində fəaliyyət göstərən "Aran Ağcabədi TV" internet televiziyasının YouTube  kanalında canlı yayimlanıb.

 



XeberTıme.az

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ