SON DƏQİQƏ

Azərbaycanın ənənəvi xalçaçılıq sənətinin UNESCO-ya daxil edilməsindən 13 il ötür - FOTO

Tarix:18-11-2023, 00:40

Bu gün Azərbaycanın ənənəvi xalçaçılıq sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsindən 13 il ötür.
Azərbaycan Milli Xalça Muzeyi xalqımızın milli kimliyinin mükəmməl ifadəçisi olan  ümumbəşəri əhəmiyyətli xalçalarımızın qorunub saxlanması ilə yanaşı onun inkişafı və təbliği sahəsində fəaliyyətini, beynəlxalq müstəvidə əlaqələrini günbəgün genişləndirir. Muzey mütəmadi olaraq beynəlxalq konfranslar, simpoziumlar keçirir, xalça sənətinə həsr olunan kitablar, elmi jurnallar nəşr etdirir. Elmi-tədqiqat mərkəzi kimi muzeylərlə, institutlarla və s. qarşılıqlı əəlaqələrə dair sənədlər imzalanır.
Mühüm birgə layihələrin həyata keçirilməsi üçün muzeyimiz növbəti əməkdaşlıq haqqında Anlaşma Memorandumunu Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu ilə imzalayıb. Sənədə əsasən İnstitutun müasir standartlara cavab verən laboratoriyalarında muzeyimizdə qorunub saxlanılan xalçaların toxunduğu yunun, onların rənginin və s. keyfiyyət göstəricilərinə görə analizi aparılacaq.
 
Xebertime.az 
Müxbir: Aygün Oqtay 


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ