SON DƏQİQƏ

Beynəlxalq Qalereyada keramika sənəti üzrə master-klassı təşkil olundu.

Tarix:21-11-2023, 09:45

17 Noyabr Milli Dirçəliş Gününə həsr olunmuş 177 nömrəli li məktəbin 6-cı sinif şagirdlərinin Beynəlxalq Qalereyada keramika sənəti üzrə master-klassı təşkil olundu. Master-klassda 28 nəfər iştirak edirdi. Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova Master-klass iştirakçılarını salamlayıb onlara qədim el sənətinin sirlərindən, hazırlanma texnikasından danışdı . Gildən hazırlanan əşyaların boyanma texnikasını rəssamlar Arzu Məmişova və Tamerlan Məmmədov şagirdlərə öyrətdilər. 177 saylı məktəbin 6-cı sinifin rəhbəri Şeyda Məmmədova xoş qarşılanma və el sənətinin müxtəlif növləri üzrə master-klasların şagirdlərə həvəslə öyrətdiklərinə görə Beynəlxalq Qalereyanın direktoru Elnurə xanıma təşəkkür edib əməkdaşlığın davamlı olacağını bildirdi. Sonda iştirakçılar sertifikatla təltif olundular və xatirə fotoları çəkildi.  
Müxbir: Aygün Oqtay 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ