SON DƏQİQƏ

Azərbaycan Milli Xalça Muzeyində "Qərbi Azərbaycan xalçaları: tarixi naxış yaddaşımız" sərgisi açılıb- FOTO

Tarix:12-12-2023, 08:40

Dekabrın 5-də Azərbaycan Milli Xalça Muzeyində "Qərbi Azərbaycan xalçaları: tarixi naxış yaddaşımız" sərgisi açılıb. Tədbir Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyi və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə keçirilib.
Sərgidə Qərbi Azərbaycanın Göyçə, Zəngəzur, Ağbaba, Pəmbək və Loru mahallarına aid rayon və kəndlərdə müxtəlif sənətkarlar tərəfindən toxunan 21 məşhur kompozisiyalı xalça və xalça məmulatı nümayiş olunur. Bunlar doğma yurdlarından məcburi deportasiya edilmiş soydaşlarımızın özləri ilə gətirdikləri, əziz, müqəddəs əşya kimi qoruduqları "Qasımuşağı", "Lampə", "Muğan", "Qubadlı", "Gəncə" və s. xalçalarıdır. Qadınlarımız Qərbi Azərbaycanda məşhur kompozisiyalar əsasında toxuduqları bu nümunələrdə klassik ənənələrə söykənərək zəngin naxış və kolorit həllindən bəhrələniblər. Eyni zamanda, toxuduqları xalçalara öz duyğu və hisslərini qatmaqla yanaşı, fərqli kolorit və məlumat xarakterli detalları ustalıqla verərək onları özünəməxsus etməyi bacarıblar.

Sərgidə maraqlı kompozisiya quruluşu ilə seçilən xovsuz xalça şəddə və məişətdə geniş istifadə edilən xalça məmulatı xurcun da nümayiş olunur. Qeyd edək ki, sərgi çərçivəsində "Qərbi Azərbaycan xalçaları: tarixi naxış yaddaşımız" adlı kataloq və bu mövzuda video-çarx təqdim olunub.

Sərgi 5 yanvar 2024-cü il tarixinədək davam edəcək.


В Азербайджанском национальном музее ковра открылась выставка «Западно-азербайджанские ковры: историческая память наших орнаментов»

5 декабря в Азербайджанском национальном музее ковра открылась выставка «Западно-азербайджанские ковры: историческая память наших орнаментов». Выставка проводится в рамках празднования 100-летнего юбилея Общенационального лидера Гейдара Алиева. Мероприятие организовано Министерством культуры Азербайджанской Республики, Азербайджанским национальным музеем ковра и Общиной Западного Азербайджана.

На выставке будет представлен 21 экспонат ковры и ковровые изделия известных композиций. Представленные произведения созданы различными мастерами в районах и деревнях уездов Гейча, Зангезур, Агбаба, Памбак и Лору.

Это ковры «Гасымушагы», «Лямпя», «Муган», «Губадлы», «Гянджа» и пр., сохраненные нашими соотечественниками, подвергшимися насильной депортации с родных земель. Сегодня эти ковры лелеют как дорогую семейную реликвию. Женщины Западного Азербайджана создавали эти ковры на основе известных композиций, руководствуясь классическими традициями, богатым разнообразием орнаментов и множеством цветовых решений. Ткачихи создали уникальные и колоритные ковры, выражающие их чувства. Особого внимания заслуживают мастерски добавленные детали информационного характера.

На выставке был также представлен безворсовый ковер «шедде» и ковровое изделие «хурджун», широко использовавшееся в быту.

В рамках мероприятия состоялась презентация каталога «Западно- азербайджанские ковры: историческая память наших орнаментов» и видеоролика на эту тему.

Выставка продлится до 5 января 2024 года.

Exhibition Western Azerbaijani Carpets: The Memory of Our Historical Pattern was opened at the Azerbaijan National Carpet Museum

On December 5th, the exhibition Western Azerbaijani carpets: The Memory of Our Historical Pattern was opened at the Azerbaijan National Carpet Museum. The event is held within the framework of 100th anniversary of National Leader Heydar Aliyev and is organized jointly by the Ministry of Culture of the Republic of Azerbaijan, the Western Azerbaijan Community and the Azerbaijan National Carpet Museum. The exhibition displays 21 carpets and carpet products with famous compositions woven by masters from the regions and villages of Western Azerbaijani counties such as Goycha, Zangezur, Aghbaba, Pambak and Loru.

These are the carpets Gasimushaghi, Lampa, Mughan, Gubadli, Ganja, etc., brought by our compatriots deported from their native land. They treat these carpets like a relic. Western Azerbaijani women applied classical traditions, rich patterns and unique colour scheme in these carpet samples woven based on the famous compositions. At the same time, they managed to skilfully add their feelings, eye-catching colour scheme and informative details that make these carpets special.

The flat-woven shadda and the carpet product khurjun (a valise consisting of two parts), which is widely used in household amazes the visitors. It should be noted, that the exhibition also features the catalogue Western Azerbaijani Carpets: The Memory of Our Historical Pattern and a video on the same theme.

The exhibition will be on until January 5th, 2024.

Xebertime.az
Xüsusi müxbir: Aygün Oqtay 


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ